Finlandiya Ukraynaya ən böyük hərbi yardım paketi ayıracaq

40

Finlandiya hökuməti Ukraynaya ən böyük hərbi yardım paketini təqdim etmək qərarına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Bu, Finlandiyadan Ukraynaya göndərilən 12-ci hərbi texnika yardım paketi olacaq.

Qeyd olunur ki, prezident Sauli Niinistö hökumətin təklifi ilə tədarüklə bağlı qərarı 2023-cü il yanvarın 19-da verib.

“Hesablamalara görə, bu təchizata daxil olan hərbi texnikanın dəyişdirilməsi Finlandiyaya 400 milyon avrodan çox başa gələcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, son hərbi yardım paketi ilə Finlandiyanın Ukraynaya bütün müdafiə təchizatının məbləği 590 milyon avro təşkil edir.

Finlandiyanın müdafiə naziri Miko Savola qeyd edib ki, Helsinki Kiyevi ağır artilleriya və sursatla təmin edir.

Yeganə