Finlandiya Rusiya ilə bağlı yeni qərar verdi

91

Finlandiya hakimiyyəti Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə daxil olmasına icazə verib. Elchi.az xəbər verir ki, bu barədə “Yle” nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.

Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara nəşrə bildirib ki, Finlandiya Avropa İttifaqının Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı tövsiyələrinə əməl etməyəcək. O əlavə edib ki, bu barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bundan əvvəl Avropa Komissiyası rusiyalıların Avropaya səfərləri ilə bağlı sanksiya qanunvericiliyinə aydınlıq gətirib. Onlara Rusiya dövlət nömrə nişanlı şəxsi avtomobillərə minmək, habelə şəxsi məqsədlər üçün istifadə olunan smartfonlar, kosmetika, zinət əşyaları, çamadanlar və digər malların ölkəyə gətirilməsi qadağan edilib.

Havar Şəfiyeva