Beynəlxalq Futbol Federasiyası Assosiasiyasında (FİFA) anarxiya hökm sürür.
AİM.AZ-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu əfsanəvi argentinalı futbolçu Diego Maradona bəyan edib.
“Futbol dünyasında hamıya bəllidir ki, FİFA-da anarxiya hökm sürür. Bunun günahkarı isə heç nədən xəbəri olmayan Yozef Blatterdi. Məhz bu səbəbdən mən qurumun prezidenti postuna İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin namizədliyini dəstəkləyirəm”, deyə Maradona bildirib.
Qeyd edək ki, FİFA qurumun prezidenti seçkiləri üçün dörd nəfərin namizədliyini təsdiqləyib. Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn, Portuqaliya millisinin sabiq futbolçusu Luis Fiqu və Niderland Futbol Federasiyasının prezidenti Mixael van Praaqdır. FİFA prezidentliyinə növbəti seçkilər mayın 29-da İsveçrənin Sürix şəhərində keçiriləcək.
Şahmatçımız beynəlxalq turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open" beynəlxalq turnirinin qalibi olub. Azərbaycan Şahmat Federasiyasından Elchi.az -a...