Gənc müğənni Fidan Süleymanova makiyajsız halda kameralara tuş gəlib.
Gözoxşayan yay libasıyla diqqət çəkən sənətçi həmkarlarını tənqid atəşinə tutub.
Süleymanova bildirib ki, o, hər halıyla gözəldir: “Gördüyünüz kimi, üzümdə, demək olar ki, kosmetika yoxdur. Amma bəziləri özlərinə ətək-ətək pul xərcləsələr də, yenə də mənə çatmırlar. İndiyə kimi belə şeylərlə öyünməmişəm. Bundan sonra hər şey başqa olacaq. Görünür, hər kəsin daxili aləmi gözəllyinə də təsir edir”.