FED bazar əhval-ruhiyyəsini Tvitterdə izləyəcək

78

ABŞ Federal Ehtiyat Sistemi (FED) kredit və maliyyə bazarı əhval-ruhiyyəsinin yeni məlumatlarını Tvitterdən izləyəcək.

Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.

FED-in mövzu ilə bağlı hesabatında, Tvitter Maliyyə Duyğu İndeksinin (TFSI) korporativ istiqraz marjaları, digər qiymət və sorğuya əsaslanan maliyyə vəziyyəti ölçüləri ilə yüksək korrelyasiya edildiyi qeyd edilib.

“Bundan başqa, biz göstəririk ki, indeks ABŞ-ın pul siyasətində dəyişiklikləri proqnozlaşdırmağa kömək edən məlumatları ehtiva edir”, – deyə hesabatda bildirilib.

Hesabatda Tvitter məlumatlarında “Natural Language Processing” idarəçiliyindən istifadə edilərək real vaxtda maliyyə əhval-ruhiyyəsi indeksinin yaradıldığı qeyd edilmiş və FOMC günlərində FED haqqında tvitlərin maliyyə əhval-ruhiyyəsində dominant rol oynadığı bildirilib.

Yeganə