FBI-dan qorxulu QR kodlu menyu xəbərdarlığı!

108

Epidemiya dövründə həyatımızda artan QR kod tətbiqi əslində təhlükəli ola bilər.
Elchi.az xəbər verir ki,ABŞ-ın Federal Təhqiqat Bürosu FTB, QR kodlu menyuların şəxsi məlumatların surətini çıxarmaq üçün istifadə oluna biləcəyini açıqlayıb.
Koronavirus epidemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən və hələ də bir çox restoran və kafelərdə aktiv şəkildə istifadə edilən QR kodlu menyular şəxsi məlumatlarınızı ələ keçirə bilər.
FTB məlumatlarına görə, son vaxtlar QR kodlarından istifadə edərək aldadılan insanların sayında böyük artım müşahidə olunub.
Müvafiq olaraq, hazırladıqları QR kodları real QR kodlarına yapışdıran fırıldaqçılar insanların smartfonlarına daxil olaraq onların şəxsi məlumatlarını oğurlaya bilirlər.
Saxta QR kodları cihazda təhlükəli proqram təminatı quraşdırarkən bir çox şəxsi məlumatlara, o cümlədən kredit kartı məlumatlarına girişi asanlaşdırır.

Nuranə Məmmədova