Fələstin Aİ-nin onu tanıması qərarlarının İsrailin mövqeyinə müsbət təsir edəcəyini gözləmir, lakin İsrailin təcrid yolunda olduğuna inanır.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri Fələstinin Avstriyadakı səfiri və BMT-nin Vyanadakı daimi müşahidəçisi Salah Abdel Şafi deyib.
“Biz İsrailin mövqeyinə müsbət təsir gözləmirik. Əksinə, İsrail indi beynəlxalq səviyyədə total təcrid istiqamətində irəliləməkdə davam edir”, – diplomat qeyd edib.
Şafi həmçinin Fələstinin bir sıra ölkələr tərəfindən tanınmasını mühüm addım adlandırıb .
Eyni zamanda, İsrailin Almaniyadakı səfiri Ron Prosor bildirib ki, İsrail HƏMAS- ın keçən ilki hücumundan sonra Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq.
Nuranə Məmmədova