Fələstin prezidenti Mahmud Abbas İsrailə səfəri zamanı ABŞ prezidenti Co Baydenlə telefon danışığından imtina edib. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ABŞ Prezident Administrasiyasının rəsmiləri oktyabrın 18-də iki lider arasında telefon danışığı təşkil etməyə çalışsalar da, Fələstin lideri bu tələbi rədd edib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Baydenin İsrailə səfərinin yekunlarına yekun vuraraq vurğulayıb ki, ABŞ lideri bu ölkəyə hərbi imkanlarını daha da gücləndirən görünməmiş yardım göstərəcəyini vəd edib. O qeyd edib ki, tərəflər arasında razılaşmalar bütün sahələrdə böyük dəyişikliklər gətirəcək.
Havar Şəfiyeva