Saatlı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Tağıyevin yeri dəyişdirilib.
Elchi.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə Azər Tağıyev sözügedən vəzifədən azad edilərək, İmişli Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Azər Tağıyev 2017-ci ilin dekabr ayında Gəncə Şəhəri Kəpəz Rayon Polis Şöbəsini rəisi vəzifəsindən azad edilərək, Saatlı RPŞ-nin rəisi təyin olunmuşdu.
İmişli Rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.