ABŞ-ın Kolorado ştatında bir kişi evində saxladığı zəhərli sürünən Gila canavarı tərəfindən dişlənərək ölüb.
Elchi.az xəbər verir ki, “The İndependent” qəzetinin yazdığına görə, Gila canavarı tərəfindən dişlənən 34 yaşlı Kristofer Uord fevralın 12-də xəstəxanaya yerləşdirilib.
Leykvud polisinin sözçüsü Con Romero, fevralın 16-da həyat dəstəyinə yerləşdirilən Uordun öldüyünü açıqlayıb.
Uordun sevgilisi iki ev heyvanı Gila Canavarı Lakewood heyvanlara qulluq mərkəzinə çatdırıb.
Sevgilisinin qolunda Gila Canavarını gördüyünü deyən Uordun sevgilisi dişləmədən sonra Uordun bir neçə dəfə qusduğunu, nəfəs almaqda çətinlik çəkdiyini, sonra isə huşunu itirdiyini bildirib.
Gila kərtənkələ kimi tanınan sürünən Gila Canavarının təbii yaşayış yeri ABŞ və Meksikanın cənubudur.
Dünyanın ən zəhərli sürünənlərindən olan bu növün dişləmələri son dərəcə ağrılıdır və qurbanlarında huşunu itirmə kimi əlamətlərə səbəb olur.
Şayəstə Hüseynova