"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub

14 Aprel 2022 - 15:40
in SİYASƏT
FacebookVatsap

İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq (IPHR) və “Truth Hounds” QHT-lərinin ötən ilin may ayında açıqladığı birgə hesabata əsasən, erməni silahlı qüvvələrinin üzvlərinin iki yaralı və əsir götürülmüş azərbaycanlı döyüşçünü qanunsuz olaraq edam etdiyinə dair ilkin sübutlar var.

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2021-ci il üçün İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında qeyd olunub.

Bildirilib ki, məsələ ilə əlaqədar sübutlar iki videodan ibarətdir və bu qətllər əlavə istintaqla təsdiqlənərsə, Beynəlxalq Humanitar Qanuna əsasən, həyata və şəxsə qarşı zorakılıq qadağasının açıq şəkildə pozulması, eləcə də Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması sayıla bilər: “Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi eynilə Ermənistan Cinayət Məcəlləsinin pozulması, Avropa İnsan Hüquqları Konvensiyasının (nəzərdə tutduğu-red.) yaşamaq hüququnun kobud şəkildə pozulması anlamına gələr”.

Dövlət Departamentinin sənədində qeyd olunub ki, IPHR və “Truth Hounds” təşkilatlarının birgə hesabatında keçmiş azərbaycanlı əsirlərlə müsahibələr və əsirlərdən birinin zorakılığa məruz qalmasını əks etdirən video əsasında ən azı 7 azərbaycanlı hərbi əsirin Ermənistan hərbçiləri və separatçıları tərəfindən işgəncəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması müəyyən olunub.

Vurğulanıb ki, bu, IPHR və “Truth Hounds” tərəfindən müstəqil şəkildə təsdiqlənməsə də, azərbaycanlı əsirlərlə pis rəftarla bağlı üç hadisə videoya çəkilib və bu hadisələrin əlavə araşdırmaya ehtiyacı var.

Vurğulanıb ki, sonuncu hallardan birində pis rəftarın azərbaycanlı hərbi əsirin ölümü ilə nəticələnmiş ola biləcəyi mümkündür.

Hesabata görə, şahidlər tərəfindən təsvir edilən və ya videosu çəkilən sistemli döyülmələr, qeyri-insani saxlanma şəraiti, tibbi yardımdan və digər zəruri ehtiyaclardan imtina edilməsi, qəddarlıq və təhqirlər (Ermənistan qüvvələri və separatçılar tərəfindən) Cenevrə Konvensiyasının və Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.

Bundan başqa, hesabata görə, sosial şəbəkələrdə yayılmış səkkiz videoda Ermənistan qüvvələri və separatçılar tərəfindən həlak olan Azərbaycan əsgərlərinə qarşı pis rəftar və meyitlərin təhqir olunması əks olunub.

Qeyd olunub ki, bu videolar müstəqil şəkildə yoxlanılmayıb, lakin araşdırmalara ehtiyac var.

Bu videolar Ermənistan qüvvələri və separatçılar tərəfindən öldürülmüş azərbaycanlı hərbçilərin meyitlərinin alçaldılması hallarının ilkin sübutu kimi təsvir edilib.

Previous Post

Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı cinayətləri Dövlət Departamentinin hesabatında əks olunub

Next Post

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.