"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistanda Rusiyaya qəzəb isteriyası… – erməni mediasının özəti

05 Sentyabr 2016 - 13:27
in XƏBƏR LENTİ
FacebookVatsap
Ermənistanda Rusiyaya qəzəb isteriyası...  – erməni mediasının özəti

Eks-prezident Robert Köçəryan da anti-Rusiya müxalifətinə qoşulur ?

Bunu da oxuyun

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

Ermənistanda Rusiya və onun yaratdığı siyasi və iqtisadi təşkilatlara artıq etimad göstərilmir.
Musavat.com-un armenianreport saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin avqustunda “Helsinki Vətəndaş Assambleyasının” Vanadzor ofisinin və “İctimai araşdırmaların aparıcı qrupu” İctimai təşkilatının birgə  keçirdiyi sorğu bunu göstərib.
 “İctimai araşdırmaların aparıcı qrupu” İctimai təşkilatının rəhbəri Ruben Sərkisyanın bildirdiyinə görə bu tip sorğu 2014 və 2015- ci illərdə də əhali arasında aparılıb. Sorğunun nəticələrini əvvəlki iki illə müqayisə edən sosioloq  qeyd edib ki, 2014-cü ildə Ermənistan əhalisi arasında Avropa Birliyinə üstünlük verənlər 25 faiz, Avrasiya İqtisadi Birliyini seçənlər isə 38 faiz təşkil edib. Eyni durum 2015 –ci ildə də müşahidə olunub (24%-36%).
“Lakin bu il göstəricilərdə kəskin dəyişikliyin baş verdiyini müşahidə edə bilərik”, –  deyə sosioloq qeyd edib. Məlum olub ki, əhalinin 41 faizi Avropa Birliyinə rəğbət göstərir. Avrasiya Birliyi tərəfdarları isə 25 faizə enib.
Ruben Sərkisyanın dediyinə görə, əvvəllər Avropa Birliyinə üstünlük verənlər əsasən 18-25 yaşlar arasındakı gənclər idisə, indi bütün yaş qruplarında Qərb liderlik edir.
Sosioloq xüsusilə aprel döyüşlərindən sonra ermənilərin Rusiyaya qarşı mövqelərinin dəyişdiyini bildirib.
Ermənistan mətbuatında Avrasiya İttifaqına və Rusiyaya qarşı az qala hər gün milli azadlııq mübarizəsinə bənzər çağırışlar səslənir.
Mətbuat İrəvanın Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsindən imtina edib, cəmi bir gündə Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmaq haqqında qərar elan etməsini skandal adlandırır. “Bir gecədə hamı Rusiyanın Ermənistanı tutub saxladığı cərəyan xəttinin nə dərəcədə ölümcül olduğunu gördü. Həmin gün Ermənistanın partiyalarının da ayıb yerlərini örtməyə macal tapmadan çılpaqlığı göründü”, –  deyə, lragir yazır.
Картинки по запросу парламент армении
Mətbuatın fikrincə, bu illər ərzində Ermənistan hökuməti ölkənin suverenliyini Rusiyanın xeyrinə məhdudlaşdıran sənədlər qəbul etdikcə Ermənistanda anti-Avrasiya və Rusiya əleyhinə hərəkat daha geniş vüsət alıb. Bütöv bir erməni ailəsinin Rusiya ordusunun əsgəri Permyakov tərəfindən öldürülməsindən və aprel müharibəsindən sonra Moskvaya qarşı neqativ münasibət daha da dərinləşib: “Erməni xalqı gördü ki,  Rusiya Ermənistan üçün nəinki heç bir dəyər kəsb etmir, hətta onun təhlükəsizliyinə təhdid törədir”, deyə lragir iddia edir.
Mətbuatın qeyd etdiyinə görə, son bir ay ərzində İrəvanda Rusiya səfirliyi önündə yumurtaların atılması ilə müşahidə olunan  3 etiraz aksiyası keçirilib. İrəvanda polis alayının binasını tutan qiyamçılar isə əsas məqsədlərinin Rusiyaya və müstəmləkəçiliyə qarşı müharibə olduğunu bəyan edib.
Ermənistan KİV-lərində iddia edildiyinə görə Rusiya ekspertləri özləri də ölkədə Rusiya əleyhdarlarının sayının 18 faizdən 84 faizə qədər yüksəldiyini etiraf edirlər: “Bütün bu üç il ərzində Ermənistan dəfələrlə siyasi təhqirlərə məruz qalıb. Bunun ən böyük göstəricisi olaraq Putinin Ermənistana rəsmi ziyarətində ilk olaraq Gümrüdə yerləşən 102 saylı hərbi bazaya baş çəkməsini göstərmək olar”, deyə, 1in.am-ın şərhçisi Aram Amatuni yazır.
“Qazpromun Ermənistanın boynuna keçirdiyi 300 milyonluq borcu nəzərdə tutan müqavilə də ölkəni aşağılayan bir sənəddir”, deyə müəllif qeyd edir: “Bütün bu illər ərzində Ermənistan Qərbdə öz etibarını itirib, Avropaya ölkənin təhlükəsizliyini təmin edə biləcək inteqrasiya ilə bağlı real perspektivlərdən məhrum olub…Bununla paralel olaraq Azərbaycan-Ermənistan sərhədində  2 apreldə öz zirvəsinə çatıb partlayan gərginlik artıb”.
Aram Amatuninin fikrincə, bütün bu olub bitənləri Ermənistanın siyasi gücləri sadəcə seyr etməklə kifayətlənib. Parlamentdən kənar qalan siyasi hərəkatlar isə marginal olaraq xarakterizə edilib: “Mahiyyət etibarı ilə məlum oldu ki, həm hakimiyyət, həm də siyasi güclər Rusiyanın yüksək təsiri altındadır və Moskvanın tütəyi ilə rəqs edir. Ermənistanda 3 sentyabrdan sonra siyasi həyat bir formul üzərində qurulub: Moskvanın dəstəyi və Kremlin canişini olmaq uğrunda rəqabət. Ermənistan hakimiyyəti isə bütün bu illər ərzində dövlətin deyil, yalnız öz maraqlarını qorumağa qadir olduğunu göstərib”.
Картинки по запросу armenia i Putin
Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da Ermənistan hakimiyyətinə müxalif hesab edilən, habelə Qərbin Rusiya əleyhinə istifadə etdiyi əsas təbliğat vasitələrindən sayılan Azadlıq radiosunun Ermənistan bürosuna (Radio Azatutyun) müsahibə verib.
Köçəryanın müsahibədə Rusiya ilə münasibətlərə dair bir kəlmə belə danışmaması xüsusilə diqqəti cəlb edir.
Köçəryanın iyul ayında baş verən “Sasna tsrer” qiyamı ilə bağlı dedikləri xüsusilə maraqlıdır.
Robert Köçəryanın fikrincə “Sasna tsrer” qiyamı siyasi sistemə verilən sarı vərəqə olub:
  “Radikal ünsürlər hətta ən inkişaf etmiş demokratik ölkələrdə var. Həmişə siyasi və sosial problemlərin həllinin ekstremizmdə olduğunu düşünən insanlar tapılır. Lakin burada əsas məsələ insanların ölkə daxili problemlərin silahla həll edilməsinə olan münasibətidir…”
Eks – prezidentin sözlərinə görə, onu cəmiyyətin silahlı qiyama olan münasibəti narahat edir. Robert Köçəryanın fikrincə bu hadisə insanların hakimiyyətə olan münasibətindən, ictimai şüurda siyasi, iqtisadi və sosial problemlərin göstərdiyi təzyiqdən xəbər verir:  “Bu ölkənin siyasi sisteminə göstərilən sarı kartdır. Təkrar qeyd edirəm ki, bunu dedikdə polis alayının binasının tutulması faktını deyil, cəmiyyətin buna reaksiyasını, küçələrdə və sosial şəbəkələrdə onlara verilən kütləvi dəstəyi, qiyamçıların qəhrəmanlaşdırılmasını nəzərdə tuturam”.
Köçəryanın fikrincə bu tip hadisələri görməzdən gəlmək olmaz: “Əks halda ölkə barıt çəlləyində yaşayacaq” deyə eks-prezident vurğulayıb”.
Previous Post

Ermənistanda Rusiyaya qəzəb isteriyası… – erməni mediasının özəti

Next Post

Rusiya ilə Ərəbistan razılaşdı – Neftin qiyməti artdı

Bənzər yazılar

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

28 Avqust 2026 - 13:23

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd nəzarətinin müasir texnologiyalar əsasında həyata keçirilməsi, sərnişinlərin rahatlığının təmin olunması və sərhədkeçmə prosedurlarının operativliyinin artırılması...

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Next Post

Rusiya ilə Ərəbistan razılaşdı - Neftin qiyməti artdı

Rusiya ilə Ərəbistan razılaşdı - Neftin qiyməti artdı

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

28 Avqust 2026 - 13:23
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Avqust 2026 - 12:26
ADY Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlayıb

ADY Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpasına başlayıb

28 Avqust 2026 - 12:15
Kirayə evlər ucuzlaşacaqmı? — AÇIQLAMA

Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz yenidənqurma işləri görülüb, xəbərdarlıq edilib

28 Avqust 2026 - 12:00
İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB

İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB

28 Avqust 2026 - 11:45
Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək

Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək

28 Avqust 2026 - 11:40
Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

28 Avqust 2026 - 11:30
Azərbaycan XİN Ekvadoru təbrik etdi

XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir

28 Avqust 2026 - 11:21
Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

28 Avqust 2026 - 11:16
Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

28 Avqust 2026 - 11:08
Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

28 Avqust 2026 - 10:55
Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42
UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

28 Avqust 2026 - 10:37
DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

28 Avqust 2026 - 10:28
Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.