"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Ermənistan vətəndaş müharibəsi astanasında

16 Mart 2017 - 09:23
in DÜNYA
FacebookVatsap

 

Bunu da oxuyun

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Düşmən ölkə daxilində seçkiöncəsi kritik gəlişmə; Ohanyanın seçki blokuna qarşı silahlı hücuma keçən Sərkisyan hakimiyyətinə Qarabağdakı qanunsuz “ordu”nun keçmiş rəhbərindən ultimatum gəldi; Tofiq Zülfüqarov: “Qarşıdurma qaçılmaz olacaq…” 

 

Parlament seçkilərinə yarım ay qaldığı bir ərəfədə Ermənistanda kifayət qədər gərgin situasiya hökm sürməkdədir. Özü də işğalçı ölkədə normal cəmiyyətlərdə olduğu kimi seçki təbliğat-təşviqat kampaniyası deyil, qətl və terrorla hədələmə halları daha çox diqqət çəkir.
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın ardınca qondarma “DQR”in “sabiq müdafiə naziri” Samvel Babayan da Serj Sərkisyan hakimiyyətini hədələyib. Babayan üç gün əvvəl Ermənistanın Armavir rayonunun Crarat kəndində hakimiyyətin adamları ilə müxalif “üç O…” blokunun (“Ovanisyan-Raffi-Oskanyan”) tərəfdarları arasında baş vermiş atışmaya sərt reaksiya verib. Virtualaz.org xəbər verir ki, o, “Haykakan Jamanax” qəzetinə açıqlamasında hakimiyyətə ultimatum göndərib.
“Hakimiyyətə məsləhət görmürəm ki, bizim alyansa qarşı çıxsın, çünki onlar atəş açmaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər bu gün onlar atəş açırsa, sabah digər tərəf də atəş açar və o zaman heç kim onları sağ-salamat tapa bilməyəcək” – Babayan deyib. Keçmiş “müdafiə naziri” bildirib ki, əgər belə davam etsə, qan axıdılacaq. “Mən bilirəm ki, digər tərəf də geri çəkilən deyil, ona görə də hansısa yolla özümüzü müdafiə etməliyik. Əgər sən insanlara atəş açırsansa, vacib deyil kimsən, polissən, yoxsa nəsən və hakimiyyət səni cəzalandırmırsa, o zaman qarşı tərəf də hərəkətə keçməyə məcburdur. Axı sonda o da canlı insandır” – Babayan hakimiyyətin ünvanına hədələri davam etdirib.

Image result for Ohanyan
Qeyd edək ki, Babayan hazırda keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi blokun fəaliyyətini koordinasiya edir. Ancaq onun S.Ohanyanın yanında yer alması, üstəlik, ultimatumla çıxış etməsi həm də ondan xəbər verir ki, ötən ilin aprel döyüşlərindən sonra S.Sərkisyanın “zərərsizləşdirdiyi” keçmiş hərbçilər onu sakit buraxmaq niyyətində deyillər. 2-5 aprel döyüşlərində Ermənistanın işğal altındakı hərbi birləşmələri həm hərbi texnika, həm də canlı qüvvə sarıdan ciddi itkilər verdikdə S.Sərkisyan baş verənlərin məsuliyyətini müdafiə naziri S.Ohanyanın üzərinə qoyub özünü xalqın qəzəbindən, xüsusilə də özgə torpaqlarında məhv edilmiş əsgərlərin yaxınlarının əlindən xilas edə bildi.

Hətta o zaman S.Sərkisyanla S.Ohanyan arasında mətbuat döyüşü də oldu. Üstəlik, Qarabağdakı “erməni könüllüləri” S.Sərkisyana deyil, S.Ohanyana tabe olduqlarını nümayiş etdirdilər. Vəziyyətin gərginləşdiyini görən Ermənistan prezidenti İrəvanda “silahlı üsyan”, həmçinin “Rusiyaya qarşı etiraz aksiyaları” kimi tamaşaları qurmaqla diqqəti özündən yayındıra bildi və daha sonra S.Ohanyan daxil olmaqla, hökumətin bir sıra üzvləri ilə yollarını ayırdı. Ancaq cəmi bir neçə ay sonra keçmiş nazir siyasətə baş vurduğunu açıqladı, üstəlik, Sərkisyana meydan oxudu.

Related image
Ermənistan prezidenti S.Sərkisyan S.Ohanyanın iddialı bəyanatlarının qarşılığında onu korrupsiyada ittiham etməyə başlasa da, bu ittihamların davamı gəlmədi. Ohanyan faktorunun təhlükəsini anlayan S.Sərkisyan güman ki, onu “sadə etirazçıların əli ilə” aradan götürmək istəyir. Xəbər verildiyi kimi, Seyran Ohanyanın Crarat kəndində seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin müavini Levan Yeranosyanın qohumu, hakim Respublika Partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var.
S.Ohanyana qarşı hücumlara onun hərbçi yoldaşının, özü də “Qarabağ klanı”nın təmsilçisinin sərt reaksiya verməsi həm də o anlamı kəsb edir ki, deməli, Ermənistan ordusunun tərkibində sabiq nazirin kifayət qədər dayaqları var. Eyni zamanda Qarabağdakı hərbi birləşmələrdə də həm Ohanyanın, həm də sabiq “nazir” Babayanın adamları olmamış deyil. Son ultimatum həm də Sərkisyana silahlı üsyan xəbərdarlığıdır. Qarşıdakı seçkilərin nə qədər əhəmiyyətli olduğunu tərəflərin hər biri yaxşı anlayır. Bu seçkilərin qalibi olan siyasi qüvvə ölkəni idarə edəcək.

Image result for Armenia protest

Çünki 2018-ci ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir. S.Sərkisyan isə gələn il keçiriləcək prezident seçkilərinə “hazırlıqlı” getmək istəyir. Belə ki, o, baş nazir kreslosuna oturub bütün səlahiyyətləri əlində cəmləməyə çalışır. Ümumiləşdirsək, həm Sərkisyan hakimiyyəti, həm də onun əleyhdarları, xüsusilə də hakimiyyətin qəzəbinə tuş gələn qüvvələr aprel seçkilərinə “ölüm, qalım” şansı kimi baxır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təsdiqlədi ki, Ermənistanda vəziyyət hər an nəzarətdən çıxa bilər: “Ötən ilin aprel döyüşlərindən sonra Ermənistanda ən məşhur bir zarafat var idi, onlar deyirdilər, bu hadisələrdən Azərbaycan və Sərkisyan uddu. Sərkisyan ona qarşı duranlardan, daxili düşmənlərdən, Ohanyan kimi hərbçilərdən, keçmiş baş nazir və ona yaxın adamlardan azad oldu. Ancaq sonra başa düşdü ki, seçkilərdə ona rəqib olan şəxslər də əsasən bunlardır. Vəzifədən azad olunanlar bu gün birləşib. Üstəlik də erməni cəmiyyətində gərginlik kifayət qədər artmaqdadır. Bu mənada ənənəvi olaraq onlar yenə də silahdan istifadə edə bilərlər. Ənənəvi ona görə deyirəm ki, Ermənistanda siyasi mədəniyyət yox dərəcəsindədir. Təcrübə də sübut edir ki, qarşı duran düşərgələr bir-birinə qarşı vaxtaşırı silah çəkirlər. Həm 1999-cu ildə Ermənistan parlamentindəki hadisələr, həm də 2008-ci ildəki prezident seçkiləri zamanı qanlı hadisələrin şahidi olduq. Ənənəvi olaraq bunlarda məsələlər bu şəkildə, silahla ”həll” olunur”.

Image result for Tofiq Zülfüqarov
T.Zülfüqarov istisna etmir ki, seçki prosesləri erməni ordusunu da parçalaya bilər: “Hələ ki Ohanyanın adamları hakimiyyətdə qalır, onlar tam uzaqlaşdırılmayıb. Üstəlik, bu, Sərkisyan-Ohanyan oyunu deyil, ciddi məsələdir. Onların əvvəldən bir-biri ilə ciddi problemlər var idi. Özü də hər iki tərəf Rusiyaya bağlıdır, diasporda da tərəfdarları var. Deməli, erməni diasporunda da qarşıdurma yaşana bilər”. Sabiq nazir əllərdə kifayət qədər silahın olduğunu da istisna etmir: “Bunlar Qarabağ quldurlarıdır, quldur təfəkküründə də qalırlar, kifayət qədər də silahlar əldə ediblər. Bir gün o silahlar bir-birinə qarşı çevrilə bilər. Sərkisyan artıq hakimiyyətdən getməli idi, amma konstitusiya islahatları aparır ki, baş nazr olaraq qalsın. Bunu isə onun əleyhdarları həzm etmək niyyətində deyillər. Deməli, qarşıdurma qaçılmaz olacaq”.
S.Sərkisyanın ölkədəki proseslərin nəzarətdən çıxmaması üçün Rusiyadan yardım istəyəcəyi şübhəsizdir. S.Ohanyanın Moskvaya bağlı olması erməni prezidentin işini qəlizləşdirir. Artıq Serjik Rusiyadan Avropaya donosbazlıq etməklə öz etimadını itirib. Bu mənada Rusiyanın Ohanyana dəstək verməsi də mümkündür. Üstəlik, Qarabağ separatçıları Rusiyanın iradəsindən kənar davranmağa cürət etməz. İşarəni Moskvadan gözləyən Sərkisyan əleyhdarlarının fəallaşması təsadüfi deyil.
Bu arada Rusiya prezidenti Vladimir Putinin Moskvada səfərdə olan Ermənistan rəhbəri Serj Sərkisyana sətiraltı dedikləri də diqqət çəkir. “Serj Azatoviç, bilirik ki, bizim görüşümüz Ermənistandakı iri daxili siyasət hadisəsi ərəfəsində keçirilir. Aprelin 2-də parlamentə seçkilər nəzərdə tutulur və bütün bunlar üstəlik, konstitusiya islahatı ilə bağlıdır. Proses belə görünür ki, sadə deyil, lakin əminəm ki, Ermənistan sizin rəhbərliyiniz altında bu inkişaf mərhələsini də keçəcək” – Putin deyib.
“Proses belə görünür ki, sadə deyil” sözləri ciddi eyhamdır. Putin erməni həmkarına başsağlığı verirmiş kimi davranıb…

Previous Post

Ermənistan vətəndaş müharibəsi astanasında

Next Post

Parisdə yüksək səviyyəli Azərbaycan – Fransa danışıqları – Ermənistanı məyus edən nəticə

Bənzər yazılar

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində olub və...

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44

İyulun sonunda miqrantların kütləvi şəkildə daxil olmasından sonra təxminən 5 min miqrant İspaniyanın Seuta muxtar şəhərində qalmaqda davam edir. Elchi.az xəbər...

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38

Roma yaxınlığında sursat istehsalı zavodunda partlayış baş verib. İtaliya mediasının məlumatına görə, sözügedən obyektdə quru qoşunları və donanma üçün iri...

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19

Türkiyənin Balıkəsir vilayətində meşə yanğını baş verib. APA-nın Türkiyə bürosunun yerli KİV-ə istinadən verdiyi xəbərə görə, alovlar yaşayış məntəqələrinə yaxınlaşıb,...

Next Post

Parisdə yüksək səviyyəli Azərbaycan - Fransa danışıqları - Ermənistanı məyus edən nəticə

Parisdə yüksək səviyyəli Azərbaycan - Fransa danışıqları - Ermənistanı məyus edən nəticə

Son xəbərlər

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55
Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44
Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38
Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

13 Avqust 2026 - 17:58
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

13 Avqust 2026 - 17:49
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 17:41
ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

13 Avqust 2026 - 17:38
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

13 Avqust 2026 - 17:25
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

13 Avqust 2026 - 17:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.