"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Erməni məmurların Qarabağda əsgərlərlə görüşünə qadağa qoyuldu

09 Fevral 2018 - 15:37
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

Erməni məmurların Qarabağda əsgərlərlə görüşünə qadağa qoyuldu

Ermənistan prezidenti Serj Sarkisyan erməni deputatlara Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrə baş çəkməyi qadağan edib.

Bu barədə araratnews.am saytı xəbər yayıb. Baxmayaraq ki, Ermənistanda, eləcə də “DQR”də gizli qadağa haqda informasiyanı təkzib edirlər, erməni saytı dəqiqləşdirə bilib ki, Sarkisyan deputatların, həmçinin kiçik və orta təbəqə məmurlarının əsgərlərin olduğu mövqelərə qalxmalarına qadağa qoyulması barədə həqiqətən də göstəriş verib.

Ermənistan prezidentinin xoşuna gəlmir ki, xalqın xidmətçiləri hərbi qulluqçularla selfi çəkdirir və bu yolla özlərinə xal qazanırlar.

Bildirilir ki, iki ay əvvəl Sarkisyan öz partiyasının – Ermənistanı idarə edən Respublika partiyasının üzvləri ilə ciddi söhbət aparıb. O vaxtdan əsgərlərlə görüşmək və danışmaq şərəfinə yalnız prezident özü, həmçinin baş nazir və Milli Məclisin spikeri nail ola bilərlər.

Nazirlər və deputatlar isə hərbi hissələrdə yalnız o halda ola bilərlər ki, ən yüksək vəzifəli hansısa dövlət xadimini müşayiət edirlər.

Ermənistanda yeni il bayramında rəsmi şəxslərdən əsgərlərə heç kimin baş çəkməməsini və onlara heç bir sovqat aparılmamasını, hansı ki, deputatlar bunu bir növ ənənəyə çevirmişdilər, məhz bu qadağa ilə izah edirlər.

Bu baxımdan parlament üzvlərinin 2-4 fevralda Qarabağa səfərləri də istisna olmayıb. Belə ki, onlar yerli “parlament”ə baş çəkiblər, “prezident”lə və separatçı rejimin başqa nümayəndələri ilə görüşüblər, amma mövqelərə qalxmayıblar.

“Qarabağda əsgərin hesabına özünü reklam etmək qadağandır. Çünki belə səfərlər zamanı hətta orduda xidmət etməmiş adam da hərbi forma geyinir. Bu qadağa çox yüksək səviyyədə qəbul edilib və onun yerinə yetirilməməsi “ölümcül günahdır”, – deyə “Qraparak” qəzeti yazıb.

“DQR”də isə bildiriblər ki, erməni KİV-də yazılanlar həqiqətə uyğun deyil. Ancaq bunu o qədər də inandırıcı şəkildə edə bilməyiblər. “DQR” rəhbərinin “mətbuat katibi” David Babayan deyib ki, erməni parlamentinin deputatlarına ön xəttə baş çəkmək qadağan edilməyib.

“Erməni deputatlarının Qarabağa səfərləri zamanı bir qayda olaraq, həmişə hərbi qulluqçularla görüşlər planlaşdırılır. Əsgərlərin döyüş ruhunu qaldırmaq, onların problemləri, döyüş növbəsinin icra edilməsi şərtləri ilə tanış olmaq çox önəmlidir”, – deyə Babayan bildirib. Amma o, aydınlıq gətirə bilməyib ki, niyə son səfər zamanı deputatlardan heç kim “əsgərlərin döyüş ruhunun qaldırılmasına” cəhd etməyib. (Virtualaz.org)

Previous Post

Erməni məmurların Qarabağda əsgərlərlə görüşünə qadağa qoyuldu

Next Post

Sulu qar, qar yağacaq – XƏBƏRDARLIQ

Bənzər yazılar

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43

"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib. Elchi.az -ın xəbərinə görə, bu barədə...

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində və inkişafında maraqlı olduğunu bildirib, lakin onun fikrincə,...

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14

ABŞ ordusunun Sistan və Bəlucistan, eləcə də Hörmüzqandakı bəzi nöqtələrə etdiyi hava hücumuna cavab olaraq, İran Silahlı Qüvvələri Amerikaya sarsıdıcı...

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47

Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Elchi.az  Almaniya...

Next Post
Sulu qar, qar yağacaq – XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq – XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Son xəbərlər

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

01 Sentyabr 2026 - 21:51
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

01 Sentyabr 2026 - 21:48
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.