“Molde”nin baş məşqçisi Erlinq Moe “Qalatasaray”a qarşı yaxşı komanda olduqlarını göstərdiklərini bildirib.
Elchi.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə Norveç təmsilçisi “Molde” səfərdə “Qalatasaray” a 2:1 hesabı ilə məğlub olub.
Açılışdan sonra mətbuat konfransında danışan “Molde”nin baş məşqçisi Erlinq Moe: “Nəzərə almalı olduğunuz şey oyunçuların fərdi performansıdır. İkardi kimi bir oyunçuya qarşı oynayırsansa, buna heyran ola bilərsən. Mən oyundan razıyam. “Yaxşı komanda olduğumuzu göstərdik. Cəsarətlə oynamağa və özümüzü göstərməyə davam etməliyik. 15 milyonluq bir şəhərdəyik. Evimizdə 25 min insan var. Biz bura böyük bir yerdə kiçik balıq kimi gəldik. Ancaq biz “Molde”nin adının qarşıdakı matçlarda daha da məşhur olması üçün əlimizdən gələni edəcəyik”,-deyib.
Çox istedadlı oyunçulara qarşı oynadıqlarını vurğulayan Moe: “Qaçırdığımız 2 qol cərimə zərbələrindən, 1-i penaltidən, 1-i isə İkardinin çox gözəl qolu idi. Bunu fərdi keyfiyyət kimi xarakterizə edə bilərəm”-deyib.
Nuranə Məmmədova