Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Görüş zamanı Ukrayna münaqişəsi müzakirə olunacaq.
Elchi.az Trthaber.com-a istinadən xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
Türkiyə prezidenti bu dəvəti Albaniya baş nazirinin Ankaraya səfəri zamanı alıb. O, Ərdoğana məlumat verib ki, yaxın vaxtlarda Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində Zelenski ilə yüksək səviyyəli görüş olacaq. Rama bildirib ki, Türkiyə prezidenti dəvəti qəbul edib.
Xatırladaq ki, yanvar ayında Ərdoğan Zelenski ilə telefon danışığı aparıb və Ankaranın Ukraynada sülhə nail olmaq üçün vasitəçi olmağa və Rusiya ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan edib.
Yeganə