Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar apara bilər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazır.
Ankaranın dəqiqləşdirdiyi kimi, Ərdoğan noyabrın 13-dən etibarən Fələstin-İsrail münaqişəsi ilə bağlı dünya liderləri ilə “telefon diplomatiyası”nı bərpa edəcək. Administrasiya Ərdoğanla Putin arasında təmasların təşkilinə icazə verib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan İsrailin Qəzza zolağına hücumlarını açıq qırğın və barbarlıq adlandırılıb. Onun sözlərinə görə, İsrailin hərəkətləri çoxdan özünümüdafiə olmaqdan çıxıb.
Putin bildirib ki, Moskva Fələstin-İsrail münaqişəsinin həllində iştirak edə bilər. Siyasətçinin sözlərinə görə, Rusiya qarşıdurmanın hər iki tərəfi ilə xüsusi əlaqələr qurub.
Havar Şəfiyeva