Ərdoğan İlon Maskdan Türkiyədə zavod tikməyi xahiş etdi

97

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar İlon Maskla görüş keçirib. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsinin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Görüş zamanı siyasətçi milyarderi Türkiyədə yeddinci Tesla elektromobil istehsal edən zavod açmağa çağırıb.

Qeyd edək ki, Ərdoğan eyni zamanda amerikalı iş adamını sentyabrın sonunda Türkiyənin İzmir şəhərində keçiriləcək texnologiya sərgisində də iştirak etməyə dəvət edib.

Havar Şəfiyeva