"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Elshad Musayevdən Əli İnsanova açıq dəstək

16 Yanvar 2017 - 09:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Qərbi azərbaycanlı siyasətçidən Əli İnsanova açıq dəstəkElşad Musayev: “Sanki Qərbi Azərbaycanı hədəfə gətirmək istəyirlər”

 
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov ətrafında gedən müzakirələr səngimək bilmir. Xüsusilə, ötən ilin avqustunda 11 illik cəzasının başa çatmasına iki ay qalmış əlavə cinayət maddələri ilə üzləşən sabiq nazirlə bağlı bundan sonra səslənən iddiaların sayı durmadan artır. 
Günlər öncə yeni maddələr üzrə haqqında seçilən 3 aylıq həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılan İnsanov ətrafında bir istiqamətdə müzakirələr getmir. Həm onun həbsdə qalması, həm hakimiyyətin onu nə üçün azad etməməsi, həm də azadlığa çıxarsa mövcud iqtidara qarşı hansı təhlükələri yarada bilmək gücündə olub-olmaması ilə bağlı müxtəlif fikirlər var.
Bütün bu müzakirələrin fonunda əsas diqqətçəkən məqam Qərbi Azərbaycandan olan tanınmış simaların susqunluğudur. Təsadüfi deyil ki, bəzi istisnalar olmaqla əksər tanınmış şəxslər, hətta vaxtilə İnsanova yaxınlığı ilə seçilənlər belə onun müdafiəsində nəinki dururlar, hətta onunla bağlı danışmaqdan boyun qaçırırlar.
Məsələ ilə bağlı “Yeni Müsavat” müraciət edən, Qərbi Azərbaycandan olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bunları dedi: “Bu şəxsi qanunsuz olaraq həbsdə saxlayırlar. İndi də həbs müddətini uzadıblar. Məsələnin məğzi burdadır. Bəziləri var ki, İnsanovun nazir olduğu və ondan sonra bu günə qədər ki fəaliyyətini araşdırırlar, azad olunarsa təhlükəli olub-olmamasını analiz edirlər. Sifarişli olaraq İnsanovla bağlı birtərəfli yazılar gedir, bu tipli yazıların əksəriyyəti qərəzlidir. Təhlil xarakterli yazılar var ki, buna normal yanaşıram. Amma söhbət konkret insanın hüquqlarının pozulmasından gedir. İnsanova qarşı hər kəsin fərqli münasibəti ola bilər, kimisi sevər, kimisi də nifrət edə bilər. Söhbət 11 ildən sonrakından gedir. Bu şəxsin həbs müddəti bitib, Avropa Məhkəməsinin qərarı var. İndi onun adı hallandırılır ki, azadlığa çıxdıqdan sonra təhlükəli tendensiya yarana bilər. Qərbi Azərbaycan faktorunu burada önə atırlar. Başqası həbs ediləndə bu cür demirlər. Burada sanki Qərbi Azərbaycanı hədəfə gətirmək istəyirlər. İstəyirlər ki, kimsə çıxıb İnsanovu müdafiə etsin, onu da həbs etsinlər. Necə ki, Rizvan Talıbovu belə etdilər. Şəxsən İnsanovu tanımıram. Sadəcə, onun yaxın adamları ilə münasibətim olub. Nə mənə, nə də partiyama onun heç bir xeyri dəyməyib. Amma açıq şəkildə deyirəm ki, bundan sonra İnsanovu açıq şəkildə müdafiə edəcəyəm. Çünki 70 yaşdan yuxarı bir şəxsi orada qanunsuz saxlamaq Allaha da xoş getmir. İnsanov bu hakimiyyətə qarşı dirəniş göstərir. Məhz onun bu qətiyyətinə görə onu sona qədər müdafiə edəcəyəm”.
 
Partiya sədri indiyədək susqunluğuna da aydınlıq gətirdi: “Həbs olunduğu gündən bu günə qədər onunla bağlı bütün suallara cavab vermişəm. Sadəcə, mətbuat bununla bağlı mənə azsaylı suallar ünvanlayıb. Elə şəxslərə İnsanov barədə suallar ünvanlayırlar ki, cəmiyyət arasında bir qəpiklik hörmətləri yoxdur. Söhbət regionçuluqdan getməməlidir. Kimsə region baxımından onu müdafiə etməməlidir. Mən həbs edilən digər siyasi məhbusları da müdafiə etmişəm. Amma indi görürəm ki, İnsanov məsələsinə xüsusi diqqət yetirilir. O kimsəsiz şəkildə qələmə verilir. Əli İnsanovun vaxtilə kömək etdikləri qərbi azərbaycanlılar var ki, indi tülkü kimi qaçıb gizləniblər. Onların əvəzindən cavab verməli deyiləm ki. Onlara münasibətim çox pisdir. Onun siyasi adamlara köməyi dəyməyib, çünki YAP-da təmsil olunurdu. Amma çoxsaylı qərbi azərbaycanlı var ki, onlara çoxlu köməyi dəyib. İndi onların saçları ağarıb, amma yenə də qaçıb gizlənirlər. Həqiqəti müdafiə etməyə cəsarətləri yoxdur”.
E.Musayev sabiq nazirə olan münasibətə də toxundu: “Ona qarşı qərəzli münasibətə səbəb onun şəxsiyyət olmasıdır. Söz sahibi olan, şəxsiyyətinə hörmət edən birisidir. Digər tərəfdən, onun bu iqtidara təslim olmamasıdır. Qarşısına şərt qoyurlar, əfv yaz, əlində olan pulları ver, amma o bunları etmir. Eyni zamanda hakimiyyətdə aşağıdan-yuxarı təmsil olunan şəxslərin onu görməyə gözləri yoxdur. İnsanovun regional faktorunun olması danılmazdır. Qərbi Azərbaycanla bağlı bir mətbuat orqanı, bir partiya belə yoxdur. İnsanovun bölgə daxilində böyük nüfuzu var. Ona qarşı şəxsi qərəz də yüksəkdir. Halbuki İnsanovun indiki hakimiyyətin möhkəmlənməsində böyük xidmətləri olub”.
Previous Post

Elshad Musayevdən Əli İnsanova açıq dəstək

Next Post

İran generalı Bakıdakı mühüm həbslərdən danışdı

Bənzər yazılar

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

11 Avqust 2026 - 13:45

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir. Bu barədə Elchi.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib...

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Next Post

İran generalı Bakıdakı mühüm həbslərdən danışdı

İran generalı Bakıdakı mühüm həbslərdən danışdı

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

12 Avqust 2026 - 12:38
“Çelsi” yeni sol cinah müdafiəçisi transfer etdi

“Çelsi” yeni sol cinah müdafiəçisi transfer etdi

12 Avqust 2026 - 12:29
Azərbaycanda sənaye məhsulu istehsalı cüzi artıb

Azərbaycanda sənaye məhsulu istehsalı cüzi artıb

12 Avqust 2026 - 12:16
İraqın Ərbil şəhərinə pilotsuz təyyarə hücumu

İraqın Ərbil şəhərinə pilotsuz təyyarə hücumu

12 Avqust 2026 - 12:09
Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 50 nəfərin meyiti tapılıb, 65 nəfər xilas edilib

12 Avqust 2026 - 12:00
Rezidenturaya ixtisas seçimi başladı

Rezidenturaya ixtisas seçimi başladı

12 Avqust 2026 - 11:52
Zaxarova: Navrotski nasizmi bəraətləndirdiyi üçün insan sayıla bilməz

Zaxarova: Navrotski nasizmi bəraətləndirdiyi üçün insan sayıla bilməz

12 Avqust 2026 - 11:42
Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ – PROQNOZ

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 11:38
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib

12 Avqust 2026 - 11:31
Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

Azərbaycanın Latviyadakı səfiri vəzifəsindən geri çağırılıb

12 Avqust 2026 - 11:28
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 181-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 181-ə çatıb

12 Avqust 2026 - 11:25
İndoneziyada bərə yanğını: 144 sərnişin və heyət üzvü xilas edilib

İndoneziyada bərə yanğını: 144 sərnişin və heyət üzvü xilas edilib

12 Avqust 2026 - 11:16
Cənubi Koreya: Şimali Koreya Yapon dənizinə doğru naməlum raket buraxdı

Cənubi Koreya: Şimali Koreya Yapon dənizinə doğru naməlum raket buraxdı

12 Avqust 2026 - 11:08
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb

12 Avqust 2026 - 11:02
Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq

12 Avqust 2026 - 10:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.