Elektriklə işləyən skuterlər qadağan ediləcək?

123

Rusiyanın bəzi bölgələrində elektrikli skuterlərin icarəsi xidmətlərini qadağan etmək istəyirlər. Elchi.az xəbər verir ki, bu məlumatı “SuperJob” portalı yayımlayıb.

Sorğu 2023-cü il avqustun sonunda paytaxtların iki min yetkin sakini arasında aparılıb. Moskvalıların 62%-i və Peterburqluların 66%-i bunun əleyhinə səs verib. Respondentlər arqument kimi istifadəçilərin tez-tez elektrik skuterlərini səkilərdə və ictimai nəqliyyat dayanacaqlarında qoyub sərxoş halda idarə etmələrini, piyadaların hərəkətinə mane olmalarını və qəzalar törətmələrini qeyd ediblər.

Moskva sakinlərinin daha 22 faizi skuterlərə tam qadağanın əleyhinə, lakin qaydaların sərtləşdirilməsinin və sənayeyə məhdudiyyətlərin tətbiqinin tərəfdarı olub.
Qeyd olunur ki, yay ərzində Moskva və Sankt-Peterburqda belə xidmətlərinin əleyhdarlarının payı müvafiq olaraq 18 və 16 faiz artıb. 2023-cü ilin may ayında analoji sorğu 366 yaşayış məntəqəsinin sakinləri arasında keçirilib. Ümumilikdə Rusiyada respondentlərin 37 faizi tam qadağanı dəstəkləyib.

Havar Şəfiyeva