"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Namazov: “Rusiya Qarabağla bağlı iki seçim arasındadır” – MÜSAHİBƏ

19 May 2016 - 16:03
in XƏBƏR LENTİ
FacebookVatsap

“Həmsədrlər pərdə arxasında İrəvanla müəyyən işlər aparır” 

– Eldar müəllim, 1990-cı illərin əvvəllərində təsis etdiyiniz Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fəaliyyətini yenidən bərpa etmisiniz. Buna səbəb nə oldu?
– Bu qurum Azərbaycanda bir ilk idi, qısa dövr ərzində kifayət qədər tanınan analitik mərkəzə çevrildi. Azərbaycanın hüdudlarından kənarda da əlaqələri vardı. Həmin mərkəzin üzvü olan çoxlu sayda şəxslər, ekspertlər müxtəlif dövlət qurumlarına keçdilər. Sonradan mərhum politoloq Zəfər Quliyevlə qərara gəldik ki, Mərkəzin fəaliyyətini bərpa etmək məqsədəuyğun olardı. O dövrdə səhhətimlə bağlı müalicə kursu keçdiyim üçün razılaşdıq ki, Mərkəzin fəaliyyətinin bərpa olunması işinə Zəfər Quliyev başçılıq edəcək. Çox təəssüf ki, biz Zəfər müəllimi qəfil itirdik və bu məsələ bir az ləngidi. İndi Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin bərpası işini reallaşdırmaq qərarını verdik və artıq mərkəz fəaliyyətə başlayıb.
– Apreldə baş verən 4 günlük müharibədən sonra Qarabağ konflikti ilə bağlı danışıqlar prosesinə start verildi, prezidentlər Vyanada bir araya gəldilər. Prosesi necə qiymətləndirirsiniz?
– Hələlik Vyana görüşünə son qiymət vermək düzgün deyil. Çünki görüş yarımçıq qalıb və iyunda növbəti dəfə baş tutacaq. Beynəlxalq müşahidəçilər qeyd edirlər ki, iyun görüşündə ciddi razılıqlar əldə oluna bilər. Bu, o deməkdir ki, işğalçı ölkəyə müəyyən vaxt verilib. Vyana görüşündə qəbul edilən sənədlər diplomatik və ümumi dillə yazılıb. Mənim üçün daha maraqlısı Rusiya xarici işlər nazirinin jurnalistlər qarşısında verdiyi bəyanatdır. Sergey Lavrov çox mühüm bir məsələni qeyd edərək dedi ki, son aprel hadisələri göstərib ki, problemlin həlli mərhələli həyata keçirilməlidir. Fikrimcə, son 10 ildə nə erməni tərəfi, nə də beynəlxalq vasitəçilər mərhələli plan haqda danışırdılar. Çünki erməni tərəfi qəti olaraq bunu qəbul etmirdi. Məhz 4 günlük aprel müharibəsindən sonra mən mətbuatda bildirmişdim ki, bu danışıqlar prosesinə ciddi təsir göstərəcək. Bu da, onunla bağlıdır ki, Qarabağ konfliktinin həlli üçün iki variant var. Ya mərhələli planla sülh prosesini aparmaq, ya da müharibə variantı. Müharibə variantında Azərbaycan ordusu torpaqları işğaldan azad edəcək. Sergey Lavrov da açıqlamasında qeyd etdi ki, mərhələli plana qayıtmaq labüddür. Mənim üçün vacib olan informasiya budur ki, mərhələli plan yenidən gündəmə qayıdıb. Azərbaycan hər zaman bu plana üstünlük verir, Ermənistan tərəfi isə bunu qəbul etmirdi. Fikrimcə, yaxın vaxtlarda erməni tərəfinin seçimi bəlli olacaq. Əgər Ermənistan mərhələli plana razılıq versə və bu, iyun ayında təsdiqlənsə, Vyana görüşünü əhəmiyyətli hadisə kimi qəbul edəcəyik. Yox, əgər erməni tərəfi israrla mərhələli plandan qaçacaqsa, bu zaman hansısa mərhələdə Azərbaycan ordusu öz sözünü deməli olacaq, erməniləri ərazilərimizdən diplomatik yolla deyil, güc tətbiq etməklə çıxaracağıq.
– İndiki halda Ermənistan tərəfi danışıqlara hazır görünürmü?
– Hələlik rəsmi İrəvan tərəfindən hansısa güzəştlərə dair mesaj yoxdur. Bu da, təbiidir. Çünki onlar hazırda çaşqınlıq içindədirlər. 20 ildən artıqdır ki, onların apardığı siyasət iflasa uğrayıb, məlum olub ki, Azərbaycan ordusu Qarabağı azad etməyə qadirdir və siyasi qərar verilsə, bir neçə həftə ərzində Dağlıq Qarabağ separatçılardan təmizlənə bilər. Məncə, burada daha çox vasitəçilər tərəfindən, xüsusilə, Rusiya tərəfindən Ermənistana mesajlar verilir. Bu da, başadüşüləndir. Çünki Azərbaycan ordusu Qarabağı azad etsə və separatçıları ərazidən qovsa, bu, Rusiya üçün də uyğun olmazdı. Çünki bu zaman Rusiyanın müttəfiqi olan Ermənistan əziləcək. Eyni zamanda Azərbaycan öz ərazilərini işğaldan azad etmək istəyir və bu, beynəlxalq hüquqla təsbit edilən səlahiyyətdir. Odur ki, indiki situasiyada Rusiya Qarabağ konflikti ilə bağlı iki seçim arasındadır. Birinci seçim problemi diplomatik vasitələrlə həll etmək, Ermənistanı ağır durumdan çıxarmaq və mərhələli plan üzrə sülh prosesini aparmaq və həm də bu plan daxilində Rusiyanın maraqlarını müəyyən qədər təmin etməkdir. İkinci variantda Rusiya durumu özbaşına buraxır və bu zaman Azərbaycan ordusu qısa müddətdə ərazilərini geri qaytarır. Odur ki, indi Lavrov vasitəsilə mərhələli plana qayıdışla bağlı mesaj səslənir. Hiss olunur ki, Minsk Qrupunun həmsədrləri, eləcə də Rusiya pərdə arxasında İrəvanla müəyyən işlər aparır. Ancaq bunun konkret nəticəsinin olub-olmayacağı yaxın bir ay ərzində bəlli olacaq.
– Vyanada təmas xəttində atəşkəsin davamlı olmasını saxlamaq məqsədilə ərazilərə kameralar, xüsusi cihazlar yerləşdirilməsi məsələsi də müzakirə olunub. Sizcə, bu, nə dərəcə realdır?
– Vyana görüşü başa çatdıqdan sonra Azərbaycan rəsmiləri bəyanat verdilər ki, biz bu məsələlərlə bağlı heç bir öhdəlik götürməmişik. Bu, sadəcə erməni tərəfinin arzusudur və vasitəçilər də bu haqda bəyanatlar verirlər. Ancaq hamı başa düşür ki, təmas xəttində xüsusi monitorinq qrupunun qurulması, kamera və hansısa cihazların yerləşdirilməsi, atəşkəsin pozulmasını araşdırmaq və s. onda mümkündür ki, sülh prosesi olsun. Əgər mərhələli plan üzrə sülh prosesi başlayarsa, bu zaman Azərbaycan da maraqlıdır ki, tərəflər sülh prosesini pozmasın, monitorinq keçirilsin, kimsə prosesi pozmağa cəhd edəndə məsələ araşdırılsın və günahkar cəzalandırılsın. Ancaq sülh prosesi olmayacaqsa, Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa razılıq verməyəcəksə, bu zaman monitorinq mənasızdır. Azərbaycan açıq elan edir ki, BMT qətnaməsinə uyğun olaraq öz ərazilərimi güc tətbiq etməklə azad etməyə hazıram, sadəcə olaraq diplomatik üsullara üstünlük verirəm. Odur ki, monitorinq, kamera və cihazların qurulması, araşdırmalar kimi məqamlar sülh prosesi ilə sinxron getməlidir. Bu zaman onun mənası ola bilər. Əgər, sülh prosesi olmayacaqsa, bunun da mənası qalmayacaq.
– Mərhələli sülh prosesində nələr nəzərdə tutulur?
– Mərhələli plan 1990-cı illərin əvvəllərində təklif olunmuşdu. Rəsmi Bakı buna razılıq vermişdi, İrəvan da Levon Ter-Petrosyanın dili ilə buna etiraz etməmişdi. Ancaq onda Petrosyana qarşı üsyan qaldırıldı, Serj Sərkisyan və Robert Köçəryan birləşərək onu hakimiyyətdən uzaqlaşdırdılar. Əgər mərhələli plan erməni tərəfini qane etməsəydi, Petrosyan buna heç vaxt razılıq verməzdi. Söhbət ondan gedir ki, bu plana əsasən, Dağlıq Qarabağın yekun statusu indi müzakirə edilmir. İlk öncə işğal edilən ərazilər azad olunur, qaçqınlar doğma yurd-yuvalarına qayıdır, təhlükəsizlik təminatları verilir, eyni zamanda Dağlıq Qarabağa hələlik müvəqqəti status deyilən bir şey verilir. Bu, rəsmi status və Qarabağı Azərbaycandan ayırmaq deyil. Əksinə, müvəqqəti və havadan asılı bir statusdur. Əsas odur ki, Dağlıq Qarabağın ətrafında olan rayonlar azad edilir, insanlar öz yurd-yuvalarına qayıda bilir, bu zaman tərəflər arasında münasibətlər formalaşmağa başlayır. Hansısa bir işçi qrupu isə Dağlıq Qarabağın yekun statusunu müzakirə edə, prosesi sona qədər apara bilər. Mərhələli plan bundan ibarətdir və Azərbaycanı burada qane edən odur ki, Qarabağın nə müstəqilliyi, nə də Azərbaycandan ayrıldığı elan edilir. Əksinə, Dağlıq Qarabağda bəlli qəsəbə, kənd və şəhərlərdə yaşayan azərbaycanlılar da geri qayıda bilir. Buna mərhələli plan deyirlər. Mahiyyəti odur ki, bütün problemlər həll edilir, ancaq Dağlıq Qarabağın yekun statusu haqqında danışıqlar prosesi davam edir. Müharibə aparmadan, şəhid vermədən bu torpaqları azad etmək, insanların öz evlərinə dönüşünü təmin etmək üçün Azərbaycan bu plana vaxtilə razılıq vermişdi. Erməni tərəfi isə əvvəlcə razılıq verdi, sonradan Levon Ter-Petrosyanı devirdilər, nəticədə Köçəryan-Sərkisyan cütlüyü mərhələli planı rədd edərək bildirdilər ki, yalnız Azərbaycan Dağlıq Qarabağın ondan qoparılmasına razılıq verdikdən sonra torpaqlar azad edilə bilər. Beləcə, məsələ 22 ildir ki, ermənilərin bu mövqeyinə ilişmişdi. Yalnız 4 günlük müharibədən sonra vasitəçilər bu reallığı anladılar. Ümid edirəm ki, İrəvanda da anlayacaqlar ki, mərhələli plandan başqa ayrı bir sülh prosesi yoxdur.

Bunu da oxuyun

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

– See more at: http://teleqraf.com/news/97942#sthash.APJLYuUL.dpuf

Previous Post

Eldar Namazov: “Rusiya Qarabağla bağlı iki seçim arasındadır” – MÜSAHİBƏ

Next Post

FSB İlmi Ömərovu həbs etdi

Bənzər yazılar

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05

Gələn il Ukraynaya müdafiə, silahlanma və dayanıqlığının təmin edilməsi üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstək...

Next Post

FSB İlmi Ömərovu həbs etdi

FSB İlmi Ömərovu həbs etdi

Son xəbərlər

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.