"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudovun əmlakları satışa çıxarılır -milyardlar ortada

22 Yanvar 2016 - 09:34
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Şimali Kiprdə üç günlük matəm elan edilib

Gəncə şəhərində yanğın baş verib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Ötən ilin dekabrında həbs edilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin və qudası Eldar Mahmudovun bütün əmlaklarına əl qoyulub və  satışa çıxarılır. “Yeni Müsavat”ın məlumatına görə, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında MTN naziri ilə bağlı istintaq-əməliyyat tədbirlərinin Baş Prokurorluq tərəfindən aparılmadığını təsdiqləmişdi. “Yeni Müsavat” hələ aylar öncə yazmışdı ki, Eldar Mahmudovla bağlı istintaqı Xüsusi Dövlət Mühafizə Xidməti aparır.
Qaynağımız deyib ki, xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün-bunların sırasında xarici bank hesabları da var-siyahısını müəyyənləşdirməkdir.  İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir “yem” kimi ortaya atılıbmış. Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır.
Qaynağımız deyib ki, əmlaklar istisnasız olaraq Mahmudovlar ailəsinin üzvlərinin adına olduğu üçün onları üzə çıxarmaq xüsusi çətinlik yaratmayıb. Ayyarım  əvvəl Mahmudovun oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında ölkəni tərk edib və siyahı üzrə araşdırma başlayıb. İstintaqdan məlumatlı şəxs deyib ki, Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır. Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır. Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir. Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır.
Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb. Sabiq nazirin ailəsinə məxsus “Caspian Crystal” holdinqinə daxil  olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə  “əl qoyulub”. “Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər” deyə, mənbəmiz bildirib.
Mahmudovun xəstə olması barədə yayılmış məlumatlara gəlincə, mənbə bunu təsdiqləmir. “Eldar Mahmudovun səhhətində əvvəllər də problem olmayıb, indi də özünü normal hiss edir” deyə, bildirib.
 Beynəlxalq Bankının İdarə Heyətinin sabiq rəhbəri, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan  C.Hacıyevin də Birləşmiş Ərəb Əmirliklərində inşa edilmiş iki müəssisəsi satışa çıxarılıb. Söhbət “İntertekstil” fabrikindən və “İntersteel” poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub. Virtualaz.org  istintaqa yaxın mənbələrə istinadən yazır ki, Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi “İntermet” offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan “Golden Bat” şirkəti “İntermet”in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Camelot Oil & Gaz” şirkəti isə qalan 50 faizinə nəzarət edir. Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayevlə Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub.
Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqları Hüseyn Marayevlə Xaqani Bəşirov aparır. Omandan, Qətərdən bu zavodlarla maraqlanan investorlar var, bəzi məlumatlara görə, artıq ilkin razılaşma əldə edilib. Əgər zavodların satışına dair razılıq əldə edilsə, deməli, Beynəlxalq Bank onları girovluqdan çıxarmalıdır. Ancaq zavodların satışından nə qədər vəsaitin əldə olunacağı, bu vəsaitlə bankın ayırdığı krediti bağlamağın mümkünlüyü hələ məlum deyil.
Maraqlıdır ki, bankın xaricdəki aktivlərinin idarə edilməsi və satışının təşkil edilməsi işini Xəqani Bəşirov aparır.
Musavat.com

 

Previous Post

Eldar Mahmudovun əmlakları satışa çıxarılır -milyardlar ortada

Next Post

İcra başçıları təcili Bakıya çağrıldı – fövqəladə toplantı

Bənzər yazılar

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük...

Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53

Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində gözlənilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət...

Next Post

İcra başçıları təcili Bakıya çağrıldı – fövqəladə toplantı

İcra başçıları təcili Bakıya çağrıldı – fövqəladə toplantı

Son xəbərlər

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57
Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54
Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53
Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb

30 Avqust 2026 - 19:50
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

30 Avqust 2026 - 19:48
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

30 Avqust 2026 - 19:45
“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

30 Avqust 2026 - 12:50
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.