Səudiyyə Əl-Nasr komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu ad günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, futbolçuya üzərində şəkli olan tort hədiyyə edilib.
Xatırladaq ki, dünən, fevralın 5-də Ronaldonun 39 yaşı tamam olub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə 38 yaşlı Kriştianu Ronaldo 18 oyun keçirib, bu oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempionlar Klublar Kubokunda üç oyunu və dörd qolu var. Bundan əlavə, o, AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub. Ümumilikdə Ronaldo 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu Yaxın Şərqdə 2023-cü ilin ən yaxşı oyunçusu kimi Globe Soccer Awards mükafatını qazanıb. Xatırladaq ki, Ronaldo 2022-ci ilin sonunda “Əl-Nəsr”ə keçmişdi.