İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot deyib ki, ölkədə baş nazir Binyamin Netanyahuya qarşı tənqidlər artdığı üçün “xalqın etimadını qaytarmaq üçün” yaxın aylarda seçkilər keçirilməlidir.
Elchi.az xəbər verir ki, Keçən ay Qəzza zolağına edilən hücumlar zamanı oğlu öldürülən Eisenkot “Kanal 12” televiziyasında qatıldığı proqramda “İsrailli seçicilərin etimadı bərpa etmək üçün bir neçə ay ərzində seçki məntəqələrinə qayıtması və seçki keçirməsi lazımdır, çünki hazırda etimad yoxdur”. deyib.
Netanyahu hökumətinin oktyabrın 7-də və sonrasında uğursuzluğa düçar olduğuna diqqət çəkən Eisenkot, “Bizi pis şəkildə uğursuzluğa düçar edən bir hökumətlə bundan sonra yolumuza necə davam edə bilərik?” dedi.
Netanyahunun “Qəzzada müharibə davam edərkən keçiriləcək seçkilərin ölkəyə zərəri olacaq” iddiası ilə bağlı sualı cavablandıran Eisenkot, “İsrail xalqının öz hökumətinə güvənməməsi daha az ciddi deyil” dedi.
Milli Birlik Partiyasının üzvü olan Eisenkot oktyabrın 7-dən sonra yaradılan Hərbi Nazirlər Kabinetinin üzvlərindən biri kimi kabinetə daxil olub.
Vaşinqton administrasiyasının Netanyahudan sonrakı dövrə hazırlıq məqsədilə digər İsrail liderləri ilə görüşlər keçirdiyinə dair xəbərlər ABŞ mediasında yer alıb.
Şayəstə Hüseynova