"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

19 Avqust 2017 - 14:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara intensivləşən qanunsuz səfərlərinin daha bir səbəbi; Qarabağ Rusiya üçün prioritet məsələdirsə…

Bunu da oxuyun

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

Ermənistan iqtidarı aprel döyüşlərindən sonra panik vəziyyətdə olan və ölkəni daha sürətlə tərk eləməyə başlamış əhalini sakitləşdirməyin yollarını arayır. Bu üsullardan biri də Ermənistan rəsmilərinin Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkməklə guya heç bir təhlükənin, müharibə ehtimalının olmadığı haqda öz vətəndaşlarına inandırmağa, bir az da onlarda ruh yüksəkliyi yaratmağa çalışmasıdır.

Xəbər verdiyimiz kimi, az öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Kəlbəcərə qanunsuz yolla, “arxa qapı”dan girərək, orada albanlara məxsus kilsənin erməni kilsəsi kimi təqdim eləməyə hesablanmış tədbirdə iştirak edib. Bu günlərdə isə erməni baş nazir Karen Karapetyan işğal altındakı Kəlbəcərdə və Talış kəndində olub.

Bəllidir ki, Talış ötən ilin 4 günlük aprel müharibəsindən sonra Azərbaycan Ordusunun birbaşa hədəfi altına düşən kənddir. Sözsüz ki, Karapetyanın bu qanunsuz səfəri də öncəliklə separatçı bölgədəki əhalidə xofu və sürətlənən emiqrasiyanı zəiflətməyə, bütövlükdə erməni cəmiyyətində pik həddə çatan müharibə gözləntisini zəiflətməyə yönəlib.

Ancaq çətin ki, bu üsullar səmərə versin. Əsas da ona görə ki, hamıdan yaxşı məhz sadə ermənilər yaxşı bilir: nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır və bu torpaqları Ermənistan qaytarmağa hazırlaşmır, müharibə bitməyib və o hər an qızışa bilər.

Aprel döyüşlərindən söz düşmüşkən, indi də ermənilər iddia eləməyə başlayıb ki, guya o vaxt israilli hərbçi mütəxəssislər Azərbaycana kömək ediblər. Bu da Bakı-Təl Əviv münasibətlərini korlamaqla yanaşı, müstəsna olaraq yerli ictimai rəyə hesablanıb. Guya ki, Azərbaycan Ordusunun uğuru heç də öz uğuru deyil.

Təbii ki, belə uydurmalarla da ictimai rəyi sakitləşdirməyə ümid edirlər. Halbuki, Azərbaycan silahlı qüvvələri heç bir dost-tərəfdaş ölkənin birbaşa hərbi dəstəyi olmadan işğalçının öhdəsindən gələ bilər.

***

Müharibə ehtimalı isə qalır. Nə qədər ki, sülh danışıqlarında işıq ucu görünmür, başqa cür ola da bilməz. Fakt odur ki, təcavüzkar tərəfin təxribatçı mövqeyi üzündən Qarabağ danışıqları, neçə vaxtdır, ümumiyyətlə, dayanıb. Bu ilin aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvada baş tutan sonuncu görüşü də nəticəsiz bitib. Hərçənd, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu günlərdə bəyan elədi ki, sentyabrda BMT Baş Məclisi çərçivəsində nazirlərin növbəti görüşünün rellaşacağına, ardınca isə prezidentlərin görüşünün baş tutacağına ümid edir.

Lakin bu görüşlər nəyi dəyişəcək, əgər işğalçı tərəfin mövqeyində heç bir konstruktivlik müşahidə edilmirsə, təcavüzkar işğal altındakı ərazilərin bir qarşını belə azad eləməyə hazırlaşmırsa, kompromis deyəndə isə Dağlıq Qarabağın müstəqilliyi qarşılığında 5 rayonun azad edilməsini nəzərdə tutursa, yəni öz qanuni torpaqlarımızı öz qanuni torpaqlarımıza dəyişməyi təklif edirsə?

Şübhəsiz ki, Ermənistanın özünü belə həyasız şəkildə və arxayın aparmasının tək səbəbi ona vasitəçi dövlətlər, ələlxüsus Rusiya tərəfindən heç bir təzyiq göstərilməməsi ilə bağlıdır. Aşkar görünür ki, Moskva bu konflikti həll eləməyə tələsmir – əlində bənzərsiz imkanlar ola-ola. Di gəl, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iddia edir ki, Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasətinin prioritetləri sırasındadır.

***

“Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib”.

Bu sözləri Mariya Zaxarova keçirdiyi son mətbuat konfransında deyib (APA). XİN rəsmisinin dediyinə görə, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: “Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib. Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib”.

M.Zaxarova onu da qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: “Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir”.

Sözsüz ki, Rusiya XİN sözçüsü səmimi deyil və həmişəki kimi, yalan danışır. Birinci ona görə ki, “irəliləyiş münaqişə tərəflərinin iradəsindən asılıdır” fikri məntiqsizdir, nədən ki, münaqişə tərəfi olan Ermənistan bütünlüklə Rusiyadan asılıdır. İkincisi, Qarabağ məsələsi həqiqətən də Rusiya xarici siyasətinin prioritetlərindən, yəni həlli vacib sayılan əsas məsələlərindən biridirsə, o zaman nədən Moskva əlində heç bir vasitəçi ölkədə olmayan imkanlar ola-ola on illərdir konflikti çözmür? Bundan ötrü Kremlin İrəvana adicə göz ağartması da yetər.

Previous Post

Düşmən ölkədə müharibə gözləntisi pik həddə

Next Post

 4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

Bənzər yazılar

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30

İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım...

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52

Bu ilin II rübündə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin...

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47

Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq. Elchi.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini...

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Ai münasibətlərini müzakirə edib

23 Sentyabr 2026 - 00:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri,...

Next Post

 4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

 4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

Son xəbərlər

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr 2026 - 17:47
Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

Polşa Rusiya helikopterinin ölkənin hava məkanını pozduğunu bildirib

23 Sentyabr 2026 - 17:35
“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

“Araz-Naxçıvan”da ukraynalı baş məşqçi

23 Sentyabr 2026 - 17:24
Bakıda evdən 33 min manat oğurlanıb

Bakıda evdən 33 min manat oğurlanıb

23 Sentyabr 2026 - 17:12
Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

23 Sentyabr 2026 - 17:04
“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23 Sentyabr 2026 - 16:55
Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48
Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

Əfv sərəncamı ilə azadlığa çıxan Türkiyə vətəndaşları Prezidentə təşəkkür ediblər

23 Sentyabr 2026 - 16:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.