Detroit avtosalonunda uçan avtomobilin prototipi təqdim olunub.
Elchi.az xəbər verir ki, dünyanın ilk uçan avtomobilinin prototipi Detroit avtosalonunda təqdim edilib. Modelin fotolarını New York Post nəşri dərc edib.
Nəşr yazır: “Alef Aeronautics iki sərnişinin yerləşdirilməsi üçün kifayət qədər böyük olan, UFO-ya bənzəyən qabarcıq salonu istisna olmaqla, standart sedanı çox xatırladan Model A prototipini nümayiş etdirdi.
Qeyd olunur ki, dünyanın ilk uçan avtomobilinin kütləvi istehsalına təxminən iki ildən sonra başlanılması planlaşdırılır. Avtomobilin qiymətinin təxminən 300 min dollar olacağı gözlənilir.
Uçan avtomobilin prototipi Detroit avtosalonunda təqdim edilib.
KP.RU saytı Alef Aeronautics startap şirkəti haqqında yazıb. Lüks Bugatti və Jaguar üçün interyer dizayn edən Hirash Razaghi dünyanın ilk uçan avtomobilinin dizaynının hazırlanmasında iştirak edib. Keçən ilin payızında Alef Model A üçün ilkin sifarişlər açılmışdı – 150 dollara uçan avtomobili 299 999 dollara bron etmək olar. Potensial alıcılara avtomobillərin 2025-ci ilin dördüncü rübündə təhvil veriləcəyi vəd edilir.
2023-cü ilin yayında Alef Aeronautics-in baş direktoru Jim Duchovny elan etdi ki, startap ABŞ Federal Aviasiya Administrasiyasından uçuşa yararlılıq sertifikatı alan ilk belə startapdır. Bu yolla şirkət sınaqlara başlaya bilər.
Şayəstə Hüseynova