Dünyanın ən yaşlı qadını vəfat etdi

35

“Dünyanın ən yaşlı insanı” titulunu daşıyan 118 yaşlı fransız rahibə Lüsile Randon dünyasını dəyişib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, Fransanın cənubunda, Randonun qaldığı Tulondakı qocalar evinin rəsmiləri ölkə mətbuatında yer alan xəbərlərə görə, rahibənin çərşənbə axşamı yatağında öldüyünü bildirib.

Səlahiyyətlilər Randonun ölümündən kədərləndiklərini bildiriblər.

Ötən il aprelin 25-dən etibarən dünyanın ən yaşlı insanı titulunu daşıyan 1904-cü ilin fevralında anadan olan Lüsile Randon 2021-ci ilin əvvəlində COVİD-19-dan sağ çıxıb.

Yeganə