Dünyanın ƏN DƏYƏRLİ brendləri açıqlanıb

37

Dünyanın ən qiymətli brendi bu il təqribən 299,3 milyard dollar dəyərində “Amazon”, ikinci yerdə isə 297,5 milyard dollar dəyərində “Apple” olaraq qərarlaşıb.

Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance” tərəfindən hazırlanan “Dünyanın Ən Dəyərli 500 Brend-Qlobal 500-2023” araşdırması yekunlaşıb.

299,3 milyard dollarlıq brend dəyəri ilə “Amazon” dünyanın ən qiymətli brendi olaraq müəyyən edilib.

“Amazon” 2021-ci ildə 254,2 milyard dollar və 2022-ci ildə isə 350 milyard dollarla ikinci yerdə qərarlaşıb.

“Apple” təqribən 297,5 milyard dollarlıq marka dəyəri ilə “Amazon”u və 281,4 milyard dollar dəyərində “Google”u təqib edib.

Qeyd edək ki, keçən il bu siyahının başında “Apple” idi.

Yuxarıda adı çəkilən siyahıda “Microsoft” 191,6 milyard dollarla 4-cü, ABŞ-ın pərakəndə şirkəti “Walmart” 113,8 milyard dollarla 5-ci, Cənubi Koreyanın texnologiya şirkəti “Samsung” 99,7 milyard dollarla 6-cı, Çin bankı “ICBC” 69,5 milyard dollarla 7-ci sırada yer alıb. ABŞ telekommunikasiya şirkəti “Verizon” 67,4 milyard dollarla 8-ci, “Tesla” 66,2 milyard dollarla 9-cu, “TikTok” isə 65,7 milyard dollarla 10-cu yerdədir.

Reytinq cədvəlinin ən altındakı markanın dəyəri 4,7 milyard dollar olaraq qeyd edilərkən, türk markaları bu dəyərə çata bilmədiyi üçün bu il reytinqə girə bilməyib.

Tədqiqatın nəticələrinə görə, ABŞ ölkələr sıralamasında uzun müddət liderlik edir. Qlobal 500 siyahısındakı şirkətlərdən 201-i ABŞ, 71-i Çin, 32-si Yapon, 31-i Fransa, 25-i Britaniya, 24-ü Almaniya şirkətlərindən ibarətdir.

Yeganə