"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Dünyada qaçqınların sayı rekord həddə çatdı – 46,3 milyon

08 Yanvar 2015 - 11:04
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

Çindən Yaponiyaya mühüm ÇAĞIRIŞ

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) dünyada qaçqınları sayı ilə bağlı hesabat yayıb. Sənədə görə, 2014-cü ilin birinci img1700219yarısında zorla didərgin salınma halları artıb. Bu barəbə BMT QAK-in Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Hesabata deyilir ki, Orta Şərqi, Afrikanı, həmçinin digər yerləri bürüyən müharibə səbəbindən 2014-cü ilin ilk altı ayı ərzində təxminən 5,5 milyon insan didərgin salınəb ki, bu da zorla didərgin salınanların sayının daha da yüksəlməsindən xəbər verir.
“2014-cü il üzrə yarım illik tendensiyalara dair” BMT QAK-ın hesabatı göstərir ki, son dövrlərdə didərgin düşmüş 5,5 milyon insandan 1,4 milyonu beynəlxalq sərhədləri keçərək qaçqın olmuş, qalanları isə öz ölkələri daxilində məcburi köçkünə çevrilmişlər. Mövcud olan didərgin əhalinin sayını, yenilənmiş məlumatları, könüllü qayıdış və üçüncü ölkələrdə məskunlaşma hallarını nəzərə alsaq, BMT QAK tərəfindən yardım göstərilmiş insanların (hesabatda “aidiyyəti olan şəxslər ” kimi istinad olunmuşdur) sayı 2014-cü ilin ortalarınadək 46,3 milyona çatmışdır ki, bu da 2013-cü ilin sonundakı saya nisbətən təxminən 3,4 milyon nəfər çoxdur və yeni rekord göstəricidir.
Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, BMT QAK-ın mandatı altında olan qaçqın insanlar arasında suriyalılar ilk dəfə olaraq üç onillikdən də artıq müddət ərzində çoxluqda olmuş əfqanları sayca haqlayaraq daha böyük çoxluq təşkil edirlər (Orta Şərqdəki fələstinlilər BMT-nin digər qurumu – Fələstin qaçqınlarına yardım və onlarla iş üzrə BMT Agentliyinin (UNRWA) himayəsi altındadırlar). 2014-cü ilin iyununadək olan məlumatlara əsasən 3 milyondan artıq suriyalı qaçqın bütün dünyada BMT QAK tərəfindən yardım göstərilən bütün qaçqınların 23 faizini təşkil edir.
Sayca ikinci yerə enmələrinə baxmayaraq, bütün dünyada 2,7 milyon əfqanıstanlı qaçqın ən uzun müddət ərzində BMT QAK-ın himayəsi altında olan qaçqın əhali olaraq qalır (bu agentlik ən azı beş il davam edən qaçqınlıq durumunu “uzunmüddətli qaçqınlıq vəziyyəti” hesab edir). Suriya və Əfqanıstandan sonra qaçqınların mənşə ölkələri arasında Somali (1,1 milyon), Sudan (670,000), Cənubi Sudan (509,000), Konqo Demokratik Respublikası (493,000), Myanmar (480,000) və İraq (426,000) ön yerlərdədirlər.
1,6 milyon əfqanıstanlı qaçqını qəbul etmiş Pakistan mütləq mənada ən çox sayda qaçqın qəbul etmiş ölkə olaraq qalır. Ən çox qaçqın əhalinin yerləşdiyi digər ölkələr Livan (1,1 milyon), İran (982,000), Türkiyə (824,000), İordaniya (737,000), Efiopiya (588,000), Keniya (537,000) və Çaddır (455,000).
BMT QAK-ın hesabatında qaçqınların sayı ölkə əhalisinin sayı ilə və ya ölkə iqtisadiyyatının həcmi ilə müqayisə edilməklə qaçqınları qəbul etmiş ölkələrin bu kontekstdə töhfələri diqqətə çatdırılır. Belə ki, əhalisinin sayına nisbətdə Livan və İordaniya ən çox sayda qaçqın qəbul etmişlər. Ölkənin iqtisadi imkanları baxımından isə ən böyük yük Efiopiya və Pakistanın üzərinə düşür.
Ümumiyyətlə, BMT QAK-ın mandatı altında olan qaçqınların sayı yarımillik ərzində 13 milyona çatmışdır ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir. Agentliyin himayə etdiyi və ya yardım göstərdiyi məcburi köçkünlərin ümumi sayı isə 26 milyona çatmışdır ki, bu da ən yüksək rəqəmdir. BMT QAK yalnız ölkə hökumətlərinin onun müdaxiləsi üçün müraciət etdiyi ölkələrdə məcburi köçkünlərə yardım göstərdiyinə görə bu rəqəm bütün dünyadakı məcburi köçkünlərin sayını əhatə etmir.
“2014-cü ildə biz himayəmiz altında olan insanların sayının misli görünməyən dərəcədə artdığını gördük. Beynəlxalq birlik mövcud münaqişələrin siyasi həll yollarını tapmağı və yeni münaqişələrin başlanmasının qarşısını almağı bacarmadıqca biz dramatik humanitar nəticələrlə üzləşməkdə davam edəcəyik”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirmişdir.
“Qaçqınlara və məcburi köçkünlərə maddi, sosial və insani qayğı göstərilməsinin yükü əsas etibarı ilə yoxsul icmaların, yəni bunun üçün ən az imkanı olanların üzərinə düşür. Biz əlverişsiz vəziyyətdə olan insanların getdikdə daha çox qisminin zəruri yardımdan kənar qalması riskindən yayınmaq istəyiriksə, o halda beynəlxalq səviyyədə geniş həmrəylik olmalıdır”.
Hesabatda gəlinən digər bir qənaət ondan ibarətdir ki, qaçqın əhalinin regional bölgüsündə dəyişiklik baş vermişdir. Son ilə qədər ən çox qaçqın əhalini qəbul edən region Asiya və Sakit Okean ölkələri idi. Suriyadakı böhran nəticəsində indi Orta Şərq və Afrika ən çox qaçqın əhalini qəbul edən yeni regionlara çevrilmişlər.
“2014-cü il üzrə yarım illik tendensiyalara dair” BMT QAK-ın hesabatı onun hökumətlərdən və dünya ölkələrindəki ofislərindən aldığı məlumatlar əsasında hazırlanmışdır. Hazırkı məqamda BMT QAK-ın əlində olan məlumatlar tam olmadığına görə onlar bütün dünyada məcburi köçkünlərin ümumi sayını tam əks etdirmir (əvəzində BMT QAK-ın hər ilin iyununda təqdim etdiyi “Qlobal tendensiyalara dair” illik hesabatında yer alan tam rəqəmlər göstərir ki, 2013-cü ilin sonunda dünyada 51,2 milyon insan məcburi köçkün olmuşdur). Bununla belə, hesabatda təqdim edilən məlumatlar bütün dünyada qaçqınlıq və məcburi köçkünlüklə bağlı tendensiyaların ümumi mənzərəsinin başlıca komponentini və mühüm göstəricisini təşkil edir (Amerikanın səsi).
Previous Post

Dünyada qaçqınların sayı rekord həddə çatdı – 46,3 milyon

Next Post

Jurnalı gülləbaran edənlərin biri hər şeyi danışır

Bənzər yazılar

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24

Fransanın qərbindəki Landes əyalətində günlərlə davam edən və 1700 hektar ərazini yandıran yanğın nəzarət altına alınıb. Elchi.az xəbər verir ki, Landes prefekturasının...

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42

​ABŞ Hərbi Dəniz Qüvvələrinin "Benfold" raket esminesi iyul ayında Cənubi Çin dənizində 32-37 dərəcə istidə dörd gün ərzində heyətin normal...

Çindən Yaponiyaya mühüm ÇAĞIRIŞ

Çindən Yaponiyaya mühüm ÇAĞIRIŞ

17 Avqust 2026 - 16:00

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib ki, İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı keçirilən mərasimdə Yaponiya Baş...

Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

Pezeşkianla Xameneinin görüntüləri yayıldı – (Video)

17 Avqust 2026 - 15:13

Bu gün İran mediasında Prezident Məsud Pezeşkianla ölkənin Ali Lideri Müctəba Xameneinin görüşdüyünü göstərən videogörüntülər paylaşılıb. Bu barədə "Azad İran"...

Next Post

Jurnalı gülləbaran edənlərin biri hər şeyi danışır

Jurnalı gülləbaran edənlərin biri hər şeyi danışır

Son xəbərlər

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib

17 Avqust 2026 - 17:25
1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

1700 hektar ərazi külə çevrilmişdi: Fransada yanğın nəzarət altına alınıb

17 Avqust 2026 - 17:24
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 17:21
Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

Xəzərlə bağlı İrandakı təşəbbüsə deputatdan sərt reaksiya: “Daha ciddi işlərlə məşğul olsalar…”

17 Avqust 2026 - 17:16
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 20 dəfədən çox artırıb – CƏDVƏL

17 Avqust 2026 - 17:11
“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

“Qarabağ”da ciddi itki: Elvin Cəfərquliyev 2 həftə komandadan kənarda qalacaq

17 Avqust 2026 - 16:43
ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

ABŞ esminesi Cənubi Çin dənizində dörd gün elektriksiz qalıb

17 Avqust 2026 - 16:42
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:41
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

17 Avqust 2026 - 16:39
Azərbaycanda kimya sənayesi istehsalı üzrə göstəricilər açıqlanıb – CƏDVƏL

Azərbaycanda kimya sənayesi istehsalı üzrə göstəricilər açıqlanıb – CƏDVƏL

17 Avqust 2026 - 16:37
Azərbaycanın pambıq ixracı artıb

Azərbaycanın pambıq ixracı artıb

17 Avqust 2026 - 16:35
Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

Azərbaycanda avtomobil benzininin istehsalı artıb – CƏDVƏL

17 Avqust 2026 - 16:33
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

17 Avqust 2026 - 16:31
Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

Ronaldo karyerasını bitirdikdən sonrakı planlarını açıqladı

17 Avqust 2026 - 16:26
Azərbaycanın xaricə satdığı qazın həcmi bəlli oldu

Azərbaycanın xaricə satdığı qazın həcmi bəlli oldu

17 Avqust 2026 - 16:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.