Dünya siyasətində Rusiya və Amerika maraqları toqquşur

281

Rusiya- Ukrayna müharibəsi başlamazdan öncə ABŞ Rusiyanı və Çini özünə düşmən elan etdi. ABŞ rəsmiləri və NATO rəsmiləri də açıq şəkildə Rusiyanı düşmən elan etdilər”-bu sözləri Elchi.az saytına açıqlamasında siyasi şərhçi Azad Məsiyev bildirib.

Siyasətçi düşmənçilikdə onların məqsədin həmin dövləti dünyanın siyasi arenasından silmək olduğunu vurğulayıb.

“Bu baxımdan ABŞ NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi planını işə saldı. Hətta SSR dağıldıqdan sonra Nato Rusiya sərhədlərinə doğru sürətlə inteqrasiya etməyə başladı. Ümumillikdə ABŞ Rusiyanı dünya siyasətində təkləmək üçün Rusiyaya yaxın olan dövlətlərin inqilab altında fondun dəstəyi ilə demokratik ideyası altında Rusiyaya qarşı dövlət çevrilişi elətdirdilər. Fondun dəstəyi ilə Gürcüstanda Sarkaşvikini hakimiyyətə gətirdi və Gürcüstanı Rusiya əleyhinə qaldırdılar və nəticədə Gürcüstan öz ərazisinin bir hissəsini itirdi.Ukraynaya nəzərən götürsək Ukraynada da 2014- cü ildə xalq tərəfindən seçilən prezidenti Amerikanın diplomatik korpusunun dəstəyi ilə dövlət çevrilişi elədilə.Demokratiya ideyası altında Ukrayna işğal olundu və yenə də hakimiyyətə gələn qüvvələr Rusiya əleyhinə fəaliyyət göstərdi. Nəticədə Rusiya-Ukrayna münaqişəsi yarandı və Ukrayna bir paliogona çevrildi. Ukrayna ərazisində isə 3-cü dünya müharibəsi gedir. Ermənistanda da hakimyətə Amerikanın əlində alətə çevrilən Paşinyan gətirilib. Hazırda da Rusiya düşmənçilik siyasətini həyata keçirir. Dünya siyasətində Rusiya ilə Amerikanın maraqları toqquşur və bu maraqların toqquşmasında bölgələrdə qaynar ocaqlar yaranır”.

Havar Şəfiyeva