"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya alternativ enerjinin bir addımlığındı; bəs Azərbaycan?

25 Oktyabr 2016 - 10:42
in XƏBƏR LENTİ
FacebookVatsap
 Dünya  alternativ enerjinin bir addımlığındı; bəs Azərbaycan?

İlham Şaban: “Əgər hökumət uzaqgörənlik edib 5 il qabağı görmürsə, bu sahə inkişaf edə bilməz”

Bunu da oxuyun

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

Alternativ enerji bu gün bütün  dünyanın diqqətində olan məsələdir. Bununla dünyada gücü, siyasi münasibətləri müəyyənləşdirən neft və qaz belə zamanla arxa plana keçə və dünya bazarındakı mövqeyini itirə bilər. Artıq inkişaf etmiş ölkələrin əksəriyyətində əhalinin istifadə etdiyi enerjinin ciddi bir hissəsi alternativ enerji mənbələrinin hesabına əldə olunur. Bəs, ölkəmizdə niyə bu sahə inkişaf etmir? Niyə hər zaman, hər sahədə olduğu kimi Avropa ölkələrindən on il geridəyik? Alternativ enerjidən istifadə Azərbaycana nə verə bilər?  
“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Azərbaycanda bu sahənin inkişafı üçün Avropanın keçdiyi yol öyrənilməlidir: “Alternativ energetikanın inkişafı üçün Azərbaycanın yeni kəşflər etməsinə ehtiyac yoxdur. Bunun üçün Avropa təcrübəsinə nəzər salmaq kifayətdir. 2005-ci ildə Avropa Komissiyasının qəbul etdiyi qərarlar, qətnamələr, qanunlar, onların 11 ildə həyata keçirdiyi işlər, imza atdıqları uğurlar bizim üçün nümunə olmalıdır. 2005-ci ildə qərar verildi ki, 15 ilə alternativ enerjinin payını 20  faizə çatdırmaq lazımdır. Qarşılarına belə bir məqsəd qoymuşdular. Ümumi enerji balansının 20 faizinin alternativ enerjidən əldə olunması çoxlarına mif kimi görünürdü. Elə ölkələr oldu ki, cəmi 5 il sonra, yəni 2010-cu ildə həmin 20 faizlik baryeri aşa bildi. Bunun da ən böyük rolu o idi ki, bütün məsələlər kompleks şəkildə həll edilirdi. Kompleks şəkil nə deməkdir? Bir tərəfdən alternativ enerjiyə dəstək verirlər, digər tərəfdən, məişətdəki, sənayedəki, bütün sahələrdəki yeni texnologiyaları alternativ enerjinin tətbiqinə uyğun yaradırlar.  Azərbaycanda hələ  2010-cu ildə təzə-təzə qənaətli ağ lampalar istifadəyə buraxılanda, deyirdilər ki, gözdə xərçəng xəstəliyi yaradır. Bu şayiəni də volframlı lampaları satan adamlar, bu biznesin sahibləri ortaya atırdı”.
 
Ekspertin sözlərinə görə, alternativ enerjinin tələblərinə uyğun texnologiyaların sənayedə və məişətdə tətbiqi tam fərqli sahələrdir: “Əgər evdə hər hansı alternativ enerji qurğusundan istifadə etmək istəyirsinizsə, həmin evdəki bütün məişət avadanlıqları daha az enerji ilə çalışmalıdır. Əgər sizin neçə min kilovatlıq  soyuducunuz varsa, ondan daha aşağı səviyyədə enerji sərf edən cihazlarla əvəz edilməlidir. Bunun üçün də hökumət müvafiq addımlar atmalı və qənaətcil məişət texnologiyalarının ölkəyə gətirilməsi istiqamətində işlər görməlidir. Hökumət köhnə avadanlıqlarınızı sizdən almalı və onu yenisi ilə əvəz etməlidir.
Ancaq bu, Azərbaycan hökumətinə xas olan addım deyil. Sadə bir misal çəkəcəyəm. Hökumət 10 milyardlarla neft gəlirlərinin axdığı zaman ölkəyə innovativ texnologiyaların gətirilməsinə vəsait qıymadı. 2016-cı il başa çatır, hələ bu ölkədə televiziya yayımı rəqəmsal texnologiyaya keçməyib, bir kanal normal yayım edə bilmir. Ölkə o vəziyyətdədir ki, nə AzTV, nə İctimai TV HD yayımda yayımlanmır. Burada hökumət, sadəcə, rəqəmsal televiziyaların ölkəyə gətirilməsi üçün gömrükdə dövlət rüsumunu 40-50 manat aşağı salmalı idi. Halbuki bizdə satılan  televizor Moskvada 2 dəfə ucuzdur. Bu, hökumətin yeni texnologiyaya münasibətini əks etdirir”.
İ.Şabanın fikrincə, alternativ enerji sahəsi də məhz bu səbəbdən inkişaf edə bilmədi:  “İndi alternativ energetika üzrə 2009 – cu ilin avqustunda dövlət qurumu yaradılıb və açıqlama verirlər ki, bu sahəyə 900 milyon sərmayə qoyulub. Bir nəfər də ortaya çıxıb hesablamır ki, bu vəsait hara gedib. Bu vəsaitlə bilirsinizmi nə qədər iş görmək olardı. 200 meqavatlıq bir elektrik stansiyası tikib istifadəyə vermək üçün təqribən 240 milyon manat civarında vəsait lazımdır. Bununla 5 ədəd elektrik stansiyası tikmək olardı. Bəs biz alternativ energetikaya bu qədər vəsait xərcləyib nə əldə etmişik? 9 ayın nəticələrinə görə, alternativ enerjidən cəmi 51 milyon kilovat saat elektrik enerjisi almışıq. Bu,  Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır. Bəs biz nə vaxt alternativ energetikadan normal istifadə edəcəyik. Bu üsulla davam etsə, faktiki, heç vaxt”.
İlham Şaban qarşıdakı 5 ildə Azərbaycanın alternativ enerji mənbələrinə ciddi ehtiyac duyacağını, lakin bu işlərə artıq indidən başlamaq lazım gəldiyini vurğuladı: “Onu da nəzərə almaq lazımdır ki, ölkədə qaza tələbat artır. Artıq elektrik  enerjisinin istehsalında mazutdan da istifadə etməyə başlamışıq. Yarım milyon ton mazut elektrik istehsalı üçün istifadə edilir. Çünki qazla bağlı defisit yaranıb və həmin defisitin bir hissəsini mazutla əvəz edirik. Azərbaycan  bir də qardaş Türkiyəyə baxsın və görsün ki, Şərqi Anadoludan İstanbula kimi bütün insanlar özlərinin isti suya olan tələbatını, həm məişətdə, həm sənayedə, həm turistik obyektlərdə alternativ enerji mənbələri hesabına ödəyirlər. Onlar hətta buludlu havada belə 50 dərəcəyədək isti su əldə edə bilən avadanlıqlardan istifadə edirlər. Onun qiyməti də baha deyil, 500 dollardır. Azərbaycanda bu sistem bir neçə hoteldə və istirahət mərkəzində var. Ancaq insanlarda yoxdur. Hökumət niyə buna cəhd eləmir? Azərbaycanda iki milyona yaxın qaz istifadəçisi var. Regionlarda, paytaxtda isti su üçün qazdan istifadə olunur. Bu cür alternativ enerji istehsal edən avadanlıqlar ölkəyə nə qədər xeyir verərdi?  Hökumət bu addımı niyə atmır?
Bu işləri niyə iş adamlarına həvalə etmir? Deməli, burada maraqlı qüvvələr var ki, qazın itkisində, qazla elektrik enerjisinin yüz milyonlarla manata yaxın  qarşılıqlı borclarında, sonra bunu silmək adı ilə bir neçə dövlət qurumlarının iştirakında öz maraqları var. Adi bir biznesmenin nə isə etməsi mümkünsüzdür.  Əgər hökumət uzaqgörənlik edib 5 il qabağı görmürsə, bu sahə inkişaf edə bilməz. Hökumət nəzərə almalıdır ki, əhalisinin sayı artır, sənaye müəssisələrinin sayı artır, hamısı da qazla işləyir.  Bunun sonu necə olacaq? Bunun ən gözəl çıxış yolu itkilərin azaldılması, ikinci yolu isə insanları alternativ enerjidən istifadəyə təşviq etməkdir. Əgər bu işlər görülməzsə, çox ciddi problemlər yarana bilər.
Xaricdə alternativ enerji ümumi istehlakın böyük bir hissəsini əhatə edir. Artıq Almaniyanın elə şəhərləri var ki, 2016-cı ildə yüz faiz alternativ enerji mənbələri ilə işıqlandırılıblar. Kanadada, Danimarkada da elektrik enerjisindən çox istifadə olunur. Ən yüksək faiz dərəcəsi Danimarkadadır, təxminən 40 faiz civarında bu ölkə əhalisi alternativ enerjidən faydalanır”.
Previous Post

Dünya alternativ enerjinin bir addımlığındı; bəs Azərbaycan?

Next Post

Trofimçuk: “Əgər Rusiya məhv olsa…” – Müsahibə

Bənzər yazılar

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

25 Noyabr 2026 - 15:05

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Türkiyə Respublikasının görkəmli dövlət və...

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

25 Noyabr 2026 - 14:14

Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac...

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

25 Noyabr 2026 - 13:42

Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir. Elchi.az xəbər verir ki, bunu...

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

25 Noyabr 2026 - 13:19

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb. Elchi.az xəbər verir ki, Prezident...

Next Post

Trofimçuk: “Əgər Rusiya məhv olsa...” - Müsahibə

Trofimçuk: “Əgər Rusiya məhv olsa...” - Müsahibə

Son xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

25 Noyabr 2026 - 23:36
Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

25 Noyabr 2026 - 23:29
Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

25 Noyabr 2026 - 23:25
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 - 22:00
İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

25 Noyabr 2026 - 20:05
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

25 Noyabr 2026 - 20:03
İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

25 Noyabr 2026 - 20:00
Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

25 Noyabr 2026 - 19:57
Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

25 Noyabr 2026 - 19:29
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib

25 Noyabr 2026 - 19:20
Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

25 Noyabr 2026 - 19:13
Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

25 Noyabr 2026 - 19:00
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

25 Noyabr 2026 - 18:55
Bakıda 28 istiqamətdə sıxlıq var

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 - 18:43
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.