Noyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirmişdir.
Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülmüş, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunmuşdur. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat...





















Son şərhlər