"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Dövlət rəhbərliyinin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir- FOTOLAR

21 Sentyabr 2020 - 14:25
in SİYASƏT
FacebookVatsap

Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycan zaman-zaman zəngin intellektual dəyərləri, yüksək elmi potensialı ilə də bəşəriyyətə töhfələr vermişdir. Ta qədimdən indiyədək dünyanın siyasi təmərküzləşməsində öncül mövqedə dayanan ölkəmiz, eyni zamanda, insanlarının intellektual səviyyəsi, o cümlədən, elmə göstərdikləri maraqla fərqlənə bilmişdir. 
Qeyd edək ki, ötən əsrin əvvəllərindən Azərbaycanda yaradılan elmi məbədlər sürətlə inkişaf edərək böyüdü. 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin əsasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 
Bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bir çox sahələrdə olduğu kimi Azərbaycan elmi də ciddi tənəzzülə uğramışdı. O zaman xalqın təkidli istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan elmi məruz qaldığı böhranlı durumdan xilas oldu. Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdən Ulu Öndər Heydər Əliyev elmə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının inkişafına böyük diqqət və qayğı ilə yanaşmışdır. Heç də təsadüfi deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ictimaiyyətlə ilk görüşüni məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında etdi. Məhz bundan sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxdı və Azərbaycan elminin yeni inkişaf mərhələsi – qızıl dövrü başlandı. 

Bunu da oxuyun

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Qətər Əmiri Azərbaycana səfərə gəlib

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Azərbaycan dövlətinin elmin inkişafına olan diqqət və qayğısı Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra da ardıcıl şəkildə davam etdi. Azərbaycan MEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisələrin, institutların müasirləşdirilməsi, elmi-texniki bazasının yenilənməsi, elm sahəsində çalışan şəxslərin həyat şəraitlərinin yaxşılaşdırlması, alimlərimizin, əsasən də gənc elmi işçilərin ardıcıl şəkildə beynəlxalq konfranslarda, seminarlarda iştiraklarının təmin edilməsi məqsədilə hər il dövlət büdcəsindən on milyonlarla vəsait ayrıldı. Prezident İlham Əliyevin uğurla yürütdüyü bu siyasət artan dinamika üzrə illərdir ki, davam etməkdədir. 
2015-ci ildə Azərbaycan MEA-nın 70 illik yubileyində iştirak edən Prezident İlham Əliyev dövlətin hər zaman elmin inkişafına dəstək olacağını xüsusi olaraq vurğuladı. Azərbaycan elminin inkişafı naminə həyata keçirilən dövlət siyasətində alimlərin və elmi ictimaiyyətin təkliflərini daima nəzərə aldıqlarını qeyd edən dövlət başçısı qısa zaman ərzində görülən irimiqyaslı işlərdən söz açdı: 
“Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir. Bu gün bu salonda alimlər qarşısında çıxış edərkən ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolu ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə, daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Azərbaycan artıq neçə ildir ki, müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərir. Bizim fəaliyyətimiz xalqın milli maraqları üzərində qurulubdur. Bu bizim üçün əsas şərtdir, əsas vəzifədir və bütün səylərimiz bu məqsədə xidmət göstərir”. 

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə son illər həyata keçirilən uğurlu dövlət siyasətinin əsas prioritetlərindən biri də ölkə vətəndaşlarının sosial vəziyyətlərinin, mənzil şəraitlərinin yaxşılaşdıırlmasıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yürütdüyü bu nəcib siyasət elm adamlarını da geniş şəkildə əhatə etməkdədir. Belə ki, bu məqsədlə Abşeron rayonunun Saray qəsəbəsində 7 hektarlıq ərazidə salınan “Science City” yaşayış kompleksində 2000-ə yaxın alim mənzil ilə təmin ediləcəkdir.
Dövlət başçısının və birinci vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı həyata keçirdikləri məqsədyönlü siyasət bu gün də davam etməkdə və uğurlu nəticələrini verməkdədir.
2019-cu ilin oktyabr ayında Azərbaycan MEA-nın rəhbərliyindəki dəyişiklik isə burada gedən inkişafı daha da sürətləndirdi.
Akademik Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra qurumda dünyanın öncül elm ocaqlarına uyğun struktur islahatları aparıldı. Elmi müəssisələrin mobilizasiyası, elektronlaşması istiqamətində mühüm yeniliklər həyata keçirildi. Bununla yanaşı, AMEA-da xüsusi önəm verilən məsələlərdən biri də arxiv materiallarının keyfiyyətli saxlanılması, kitab bazasının zənginləşdirilməsi, nəqliyyat-təsərrüfat və logistika sahəsinin müasirləşdirilməsi oldu. 

Cari ilin sentyabr ayının 7-də Azərbaycan MEA Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olmağa gələn Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov yaradılmış şəraitdən məmnunluğunu ifadə etdi. 

 Akademik Ramiz Mehdiyev AMEA-da aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirərək ölkə rəhbərliyi tərəfindən akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldığını vurğuladı. Azərbaycan MEA-da həyata keçirilən əhəmiyyətli işlərdən biri Rəyasət Heyətinin binasında həyata keçirilən yenidənqurma işləri oldu. Öncə onu qeyd edək ki, milli memarlığımızın incilərindən hesab edilən bu əzəmətli binada aparılan təmir və yenidənqurma işləri binanın konfiqurasiya və üslubunu qorumaqla aparlıb. Qədimliyin və müasirliyin harmoniyasının cəmləşdiyi binanın içərisində ulu öndər Heydər Əliyevin yeni büstü qoyulub. 

Binanın üç min kvadrat metrlik zirzəmi hissəsi illərlə yığılıb qalan tullantılardan və qurunt sularından təmizlənərək divar boyu keyfiyyətli kitab rəfləri ilə təmin edilib. Eyni zamanda binanın qurunt sularından mühafizə olunması üçün müasir drenaj sistemləri işlənilib. Bütün bunlarla yanaşı, Rəyasət Heyətinin binasının akt zalı da müasir standartlara uyğun formada təmir edilib. Rəyasət Heyətinin binasının beş yüz nəfərlik akt zalı ilk dəfə olaraq sinxron tərcümə aparatı ilə təmin edilib. 

Uzun illər baxımsız vəziyyətdə qalan Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələri də yaradılmışdır. Burada həmçinin inzibati bina və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxana da inşa edilmişdir.
Xatırladaq ki, yeni sitifadəyə verilən Nəqliyyat-Təsərrüfat şöbəsində drenaj, kanalizasiya sistemi yenidən qurulmuş, çoxsaylı anbarların inşasına nail olunmuşdur. Eyni zamanda Nəqliyyat-Təsərrüfat şöbəsində Akademiyanın inventarında olan əşyaların bərpa və təmiri sexi və logistika mərkəzi də fəaliyyət göstərəcəkdir.
Nadir Əliyev
Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsi təmirdən əvvəl
HİT.az

Azərbaycan MEA-nın Nəqliyyat-Təsərrüfat şöbəsi təmirdən sonra

Previous Post

Dövlət rəhbərliyinin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir- FOTOLAR

Next Post

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

Bənzər yazılar

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53

Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb. Elchi.az -ın Şərqi ...

Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında...

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. Elchi.az xəbər verir ki, görüş zamanı...

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. Elchi.az xəbər...

Next Post
Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.