Donbassda Zelenskinin ofisinin əməkdaşı ölüb

116

Donetsk Xalq Respublikasında Ukrayna prezidentinin ofisinin əməkdaşı Aleksey Titarenko dünyasını dəyişib.

Elchi.az  Lenta.ru -ya istinadən xəbər verir ki, bu barədə ofisin rəhbəri Andrey Yermak öz Telegram kanalında məlumat verib.
Titarenkonun cəbhə xəttində həlak olduğu qeyd edilir. Yermak aydınlaşdırıb ki, mərhum sağlığında daxili və humanitar siyasət idarəsinin baş məsləhətçisi işləyib. Prezident aparatının rəhbəri Aleksey Titarenkonun ailəsinə və yaxınlarına başsağlığı verib.
Mayın əvvəlində Kiyev 80 əsgərin cəsədinin qaytarıldığını bildirmişdi. Ölkənin Reinteqrasiya Nazirliyindən verilən məlumata görə, həlak olan hərbçilərin cəsədlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri komandanının keçmiş müavini, general-mayor Serhiy Krivonos hərbçilərin Zelenskidən narazılığından danışıb. Onun sözlərinə görə, Ukrayna prezidentinin Ukrayna ordusuna və onun ofisinə hörmətsizlik hökumət əleyhinə etirazlara səbəb ola bilər.

Nuranə Məmmədova