Die Zeit: Almaniyada “Şimal axını”nın pozulmasında iştirak edən Ukrayna ilə əlaqəli gəmi tapıldı

66

Müstəntiqlər təxribatı 6 nəfərin törətdiyini güman edirlər.
Elchi.az Alman müstəntiqləri Şimal axınının partladılmasında iştirak edə biləcək gəmi tapıblar. Bu barədə “Die Zeit” məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, hücumu həyata keçirmək üçün iki ukraynalıya məxsus Polşa şirkətindən icarəyə götürülmüş yaxtadan istifadə edilib.
Nəşrin məlumatına görə, təxribatı milliyyəti naməlum altı nəfər həyata keçirib: kapitan, iki dalğıc, onların iki köməkçisi və bir qadın həkim.
Ehtimala görə, bu qrup insan 6 sentyabr 2022-ci ildə Rostokdan yola düşüb, bundan sonra partlayıcıları yerləşdirib işə salıblar. Jurnalistlərin dediyinə görə, yaxta daha sonra kabinədəki stolun üzərində partlayıcı maddələrin izləri ilə sahibinə qaytarılıb.

Şayəstə