"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputatlarla dövlət rəsmisi arasında kredit gərginliyi

22 Oktyabr 2016 - 09:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Xarkova hava zərbələri endirilib, ölənlər var

 Deputatlarla dövlət rəsmisi arasında kredit gərginliyiGülər Əhmədovanın 27 min dolları niyə qaytarılmır?..

Oktyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Kredit  büroları haqqında” qanun layihəsi müzakirə edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  qanun layihəsi barədə məlumat verib. Deputatlar qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər.  
Layihənin müzakirəsi isə xeyli gərgin keçib. Mübahisələr daha çox bank kreditləri ətrafında baş verib. Deputatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanovdan konkret suallarına cavab istəyiblər. Bank sektorundakı problemlərdən danışan deputat Vahid Əhmədov çıxışında bildirib ki, bağlanmış banklar əmanətini geri götürmək istəyən insanları incidir. 
Deputat bank sektorunda ciddi problemlərin olduğunu deyib: “Bu məsələ ilə bağlı vətəndaşlar bizə çoxsaylı şikayət edirlər. İndi vətəndaşların bizə əlləri çatır, ona görə də dərdlərini bizə deyirlər. Biz bankların bağlanmasının tərəfdarı deyilik, onların konsolidasiyasının, təmərküzləşməsinin tərədarıyıq. Hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər” (azvision.az).
Image result for Rüfət Aslanlı
“Bizim keçmiş millət vəkilimiz Gülər Əhmədova mənə zəng vurub deyir ki, ləğv edilmiş ”Bank Standard”da 27 min dollar vəsaiti var. Mən bu məsələ ilə bağlı Sığorta Fondunun sədri Azad Cavadovla danışdım”. Bunu da deputat Vahid Əhmədov bildirib. O deyib ki, G.Əhmədovanın 27 min dollarını “Bank Standard”dan geri almaqda ciddi problemi var (modern.az). Deputat xatırladıb ki, bağlanmış banklar əmanətlərin geri götürülməsi ilə bağlı insanları incidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputata cavabında “Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz” – deyib. V.Əhmədov isə R.Aslanova sual edib: “Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur”.
Image result for əli Məsimli
Deputat Əli Məsimli isə bildirib ki, banklar insanlara zülm edir: “Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”.
Image result for Vahid Əhmədov
Müzakirələr zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb. Modern.az xəbər verir ki, R.Aslanlı V.Əhmədovun banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş konstitusiya dəyişikliklərindən danışıb:  “Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir”. Deputat Vahid Əhmədov isə maliyyə qurumu rəhbərinin siyasətdən danışmasına bu cür münasibət bildirib: “Sən artıq keçdin siyasətə…”
R.Aslanlı isə V.Əhmədova bu cür cavab verib: 
“Vahid müəllim, mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə, bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov da bank sektoru ilə bağlı tənqidi fikirlərini çatdırıb. “Rüfət müəllimin, bankların və bankirlərin xətrinə dəyməsin. Amma biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”, – deyə, C.Qurbanov bildirib. O deyib ki, bu gün banklar ölkədə istədiklərini edir: “İnsanların əmək haqlarını yüksəltmək lazımdır. Əhalinin maddi rifahını yüksəltməliyik ki, əmək haqqı artırılsın və insanlar layiqli yaşaya bilsinlər. Vergi siyasətində çox böyük dəyişikliklər edilməlidir. Vergi siyasətinin bazasını böyütməli, dəyişməli və dolğunlaşdırmalıyıq. Hər kəs vergi ödəməlidir, vergiləri sərtləşdirməklə yanaşı, bazasını yumşaltmalıyıq. Elə etməliyik ki, hər kəs vergi yüklərini ödəyə bilsin. Yəni hər bir kəs qazancına uyğun vergisini verə bilsin”.
R.Aslanllı müzakirələr zamanı bəzi xoş xəbərlərin də anonsunu verib. “Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bugünlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik”, – deyə Palata sədri bildirib. Onun sözlərinə görə, məsələ ölkə başçısının xüsusi nəzarətindədir və bu cür əmanətlərin qaytarılması həyata keçiriləcək.
R.Aslanlı onu da deyib ki, problemli kreditlərlə bağlı yaxın günlərdə qərar qəbul ediləcək.
Previous Post

Deputatlarla dövlət rəsmisi arasında kredit gərginliyi

Next Post

Putinin GİZLİ VİDEOSU yayıldı

Bənzər yazılar

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla...

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib. Görüşdə dövlət başçılarının - Azərbaycan...

Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22

Rusiya ordusu bu axşam Xarkovun Novobavarski rayonuna hava hücumları təşkil edib, nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb. Elchi-ın məlumatına...

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33

Rusiya taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasını təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir, bu məsələ ilə bağlı Türkiyə və...

Next Post

Putinin GİZLİ VİDEOSU yayıldı

Azərbaycanda iki nəfər yanaraq öldü

Son xəbərlər

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39
Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.