Danimarka Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

103

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Danimarka Ukraynaya yeni hərbi yardım paketi hazırlayır.

Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen çərşənbə günü Kiyevə gəlib və Ali Radada çıxış edib.

Bundan əlavə, Ukraynanın paytaxtında o, Ukraynada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə də danışa bilib.

Qeyd edək ki, Danimarka və Hollandiya Ukraynaya “F-16” döyüş təyyarələrinin verilməsinə razılıq verən ilk ölkələr olub. Ukrayna, Ağ Evin təsdiq etdiyi kimi, üçüncü ölkələrdən döyüş təyyarələri alacaq – bu, onun pilotlarının təlimindən sonra baş verəcək.

Yeganə