Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-ı Tayvana konqres səfərləri təşkil etməkdən çəkinməyə çağırıb, əks halda Vaşinqtonun nəticələrinə görə məsuliyyət daşıyacaq.
Elchi.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.
“Çin həmişə Birləşmiş Ştatlar və Tayvan arasında istənilən rəsmi təmaslara, eləcə də Vaşinqtonun hər hansı şəkildə Tayvanın işlərinə müdaxiləsinə qəti şəkildə qarşı çıxıb” dedi Vanq Venbin .
Belə ki, o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin rəhbəri Maykl Makkolun adanın administrasiyasının yeni rəhbərini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik etmək üçün may ayında Tayvana səfər etməyi planlaşdırdığı barədə bəyanatına cavab verib.
Nuranə Məmmədova