Çinin xarici işlər naziri Çin Qanq ölkəsinin Ukrayna böhranında son bir ildə artan qarşıdurma və gərginlikdən narahat olduğunu bildirib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Pekində keçirilən “Lanting” Forumunda çıxış edən nazir ölkəsinin problemin həlli üçün dialoq və danışıqları təşviq etmək və bütün tərəflərin narahatlıqlarına cavab verəcək ümumi təhlükəsizlik anlaşmasını inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacağını bildirib.
Ukrayna probleminin Avropaya qalıcı sülh gətirəcək siyasi həll yoluna ehtiyac olduğunu vurğulayan nazir ABŞ-ı nəzərdə tutaraq, “Bəzi ölkələri atəşə yanacaq tökməyi dayandırmağa çağırırıq.
Nazir dünyada nizamsızlıq və qarşıdurma riskinin artdığına işarə edərək, “Sülhsevər ölkələr mövcud düşmənçilikləri bir an əvvəl bitirmək üçün səy göstərməlidirlər”,- deyə qeyd edib.
Yeganə