Çindəki məhdudiyyətlər Apple şirkətini “VURDU”

61

ABŞ-ın texnologiya nəhənglərindən sayılan “Apple”ın bazar dəyəri 2 trilyon dollardan aşağı düşüb.

Elchi.az bu barədə “Ntv.com.tr”-yə istinadən xəbər verir.

Məlumata görə, “iPhone” istehsalçısının səhmləri çərşənbə axşamı günü 4%-dən çox itib. Bu ilin ilk ticarət günündə şirkətin səhmlərinin qiyməti 124,19 dollara düşüb.

Bildirilib ki, “Apple”-ın səhm dəyərinin aşağı düşməsi şirkətin Çindəki fabrikində COVİD-19 məhdudiyyətləri səbəbindən “iPhone” tədarükü ilə bağlı narahatlıqların artması ilə əlaqədardır.

Şirkətin bazar kapitallaşması gün ərzində 2 trilyon dollardan aşağı düşüb.

Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan “Apple”, 19 avqust 2020-ci ildə bazar dəyəri 2 trilyon dollara çatıb.

3 yanvar 2022-ci ildə Apple qısa müddət ərzində 3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət oldu. Digər tərəfdən, dünən Yaponiyanın “Nikkei Asia” qəzetində yer alan xəbərdə, “Apple”-ın bəzi tədarükçülərinə tələbin zəifləməsi səbəbiylə “AirPods”, “Apple Watch” və “MacBook” kimi bəzi məhsulları üçün daha az hissə istehsal etmələrini söylədiyi bildirib.

Yeganə