Çində Yeni il gecəsi

39

Çində ay təqviminə görə Yeni ilin başlanğıcını qeyd edirlər.

Elchi.az TASS-a istinadən xəbər verir ki, Çin sakinləri yanvarın 21-dən 22-nə keçən gecə Ay təqvimi – Çunjie ilə Yeni ili qeyd edirlər.

Gələn dovşan ilindən xoşbəxtlik və əmin-amanlıq gözlənilir. Hesab olunur ki, 2023-cü ildə vacib işlərə başlamağa və ya tamamlamağa dəyməz, çünki dəyişikliklər və qeyri-müəyyənlik mümkündür.

Çin xalqı üçün Çunjie ən vacib bayramlardan biridir. Ənənəvi olaraq bu bayramda səyahət etmək və doğma yerləri ziyarət etmək vaxtıdır.

Qeyd edək ki, bu il koronavirus pandemiyasının başlanmasından bəri sakinlərin ölkə daxilində məhdudiyyətsiz hərəkət edə bildiyi ilk Yeni ildir.

Yeganə