Tayvan hərbi departamentinin saytında verilən məlumata görə, son 24 saat ərzində Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 19 təyyarəsi və altı gəmisinin adaya yaxınlaşmasını izləyib.
Elchi.az bu barədə News.ru–ya istinadən xəbər verir.
Onlardan bəziləri hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Departament aydınlaşdırıb ki, Tayvan boğazının orta xəttini keçən ÇXR təyyarələri arasında Y-8 sualtı qayıq əleyhinə təyyarə, Y-8 elektron kəşfiyyat təyyarəsi, H-6 strateji bombardmançı və Z-9 sualtı qayıq əleyhinə təyyarə var. Tayvan da öz növbəsində hədəfləri izləmək üçün təyyarə, gəmi və sahildə yerləşən raket sistemlərindən istifadə edib.
Nuranə Məmmədova