Çin Avropanı Ukraynadakı münaqişənin səbəblərini aradan qaldırmağa çağırıb

80

Çin Xalq Respublikası hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Rusiyadakı keçmiş səfiri Li Hui Ukraynadakı münaqişənin vəziyyətini şərh edib. Bu barədə Elchi.az Lent.ru-ya istinadən xəbər verir. 

Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Michaelis ilə görüşdə diplomat bildirib ki, Çin Avropanın Ukrayna ilə bağlı münaqişənin səbəblərini aradan qaldıracaq hərəkətlərini dəstəkləyir. Ölkələri belə bir qərar qəbul etməyə və Avropa qitəsində uzunmüddətli sabitliyi təmin etməyə çağırıb.

Havar Şəfiyeva