Çin: “ABŞ Ukraynada terrorizmin artmasına töhfə verir”

98

Köşə yazarı Van Hengyi və Rusiya Tədqiqatları İnstitutunun kiçik elmi işçisi Zhang Hong ABŞ-ın Ukraynaya etdiyi yardımların nəticələri barədə açıqlama verib. Elchi.az xəbər verir ki, onların sözlərini Çinin “Global Times” qəzeti yayıb.

Van Henqinin qeyd etdiyi kimi, Vaşinqton “Ukraynanı silah və texnika ilə doldurmaqda” davam edir. Onun fikrincə, bu, hərbi əməliyyatları uzatmaq və ABŞ-ın siyasi və iqtisadi maraqlarını maksimum dərəcədə artırmaq üçün edilir. “Amerikanın bu qərarlarının heç bir həddi yoxdur və buna görə də Birləşmiş Ştatlar humanitar böhrana və terrorizmin artması risklərinə tamamilə məhəl qoymadan hələ də münaqişənin alovuna yağ tökür, deyə qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Guancha xəbər saytının köşə yazarı Dau Lanjiang ABŞ-ın Ukraynadakı silahlı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək planını uğursuzluq adlandırıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri böyük canlı qüvvə itkisindən başqa heç nə əldə etməyib və bu, onların irəliləyişinə böyük mane olub.

Havar Şəfiyeva