Çin ABŞ-ın ən böyük çip istehsalçısının məhsullarını qadağan edir

120

Çin ABŞ-ın çip nəhəngi “Micron Technology”tərəfindən istehsal edilən məhsulların milli təhlükəsizlik riski yaratdığını bildirərək kritik layihələrdə qadağan edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Çinin Kiberməkan İdarəsi Amerikanın ən böyük yaddaş istehsalçısının “ciddi şəbəkə təhlükəsizliyi riskləri” yaratdığını açıqlayıb.
Bu o deməkdir ki, firmanın çipləri dünyanın ikinci ən böyük iqtisadiyyatında iri infrastruktur layihələrində qadağan olunacaq.
Pekin və Vaşinqton arasında gərginlik artdıqca, bu addım Çinin ABŞ çip istehsalçısına qarşı ilk böyük addımıdır.
Çin Kiberməkan Administrasiyasının bəyanatında deyilir: “İcmal, Micron məhsullarının Çinin kritik informasiya infrastrukturunun təchizat zəncirinə əhəmiyyətli təhlükəsizlik riskləri yaradan və Çinin milli təhlükəsizliyinə təsir edən ciddi şəbəkə təhlükəsizliyi riskləri yaratdığını aşkar edib”.
Micron sözçüsü BBC-yə şirkətin “Çində satılan Micron məhsullarını nəzərdən keçirdikdən sonra Çinin Kiberməkan İdarəsindən bildiriş aldığını” təsdiqləyib.
“Nəticəni və növbəti addımlarımızı qiymətləndiririk. Çin səlahiyyətliləri ilə danışıqların davam etdirilməsini səbirsizliklə gözləyirik”, – bəyanatda deyilib.

Nuranə Məmmədova