Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
Elchi.az xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.
“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, – paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti
XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...





















Son şərhlər