"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ceyhun Bayramov Dirk Şubellə görüşdü

03 Aprel 2023 - 14:18
in SİYASƏT
FacebookVatsap

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb.

Bunu da oxuyun

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu barədə Elchi.az-a XİN-dən məlumat verilib.

Görüşdə, Azərbaycan və Avropa Birliyi (AB) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub.

Ceyhun Bayramov, Azərbaycanla AB arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə AB arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilməsi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin AB -nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Previous Post

Ceyhun Bayramov Dirk Şubellə görüşdü

Next Post

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Bənzər yazılar

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

18 Sentyabr 2026 - 10:56

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb....

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) İran üzrə 1737 saylı Komitənin ekspertlər qrupunun mandatının 2027-ci ilin sentyabrınadək uzadılması haqqında...

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21

Slovakiyanın Baş naziri Robert Fitso sentyabrın 18-də Ukraynaya səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsindəki...

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33

Azərbaycan və Estoniya Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan...

Next Post
Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Avstraliyada 38 ton yüksək riskli qida ələ keçirilib

Son xəbərlər

Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

Cənubi Koreya Hörmüz boğazına əsgər göndərməyəcək

18 Sentyabr 2026 - 11:37
Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

Rusiyanın Qərbə qarşı ittihamı gərginliyi artıra bilər: “Müharibəyə hazırlaşırlar”

18 Sentyabr 2026 - 11:25
İran Hörmüz boğazında tankerə zərbə endirdi

İran Hörmüz boğazında tankerə zərbə endirdi

18 Sentyabr 2026 - 11:16
Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

Asiya ölkələri “rekord səviyyəli” El-Nino təhlükəsinə qarşı həyəcan təbili çalır

18 Sentyabr 2026 - 11:09
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb – VİDEO

18 Sentyabr 2026 - 11:00
Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

Şimali Koreyanın nüvə sınaqları tektonik qırılmaları aktivləşdirmiş ola bilər

18 Sentyabr 2026 - 10:57
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

18 Sentyabr 2026 - 10:56
ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

ABŞ hərbçiləri Avropadakı qoşun sayının azaldılmasını müzakirə edir

18 Sentyabr 2026 - 10:48
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib – FOTO

ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib – FOTO

18 Sentyabr 2026 - 10:40
Alimlər qocalmayan bir kəpənək növü aşkar ediblər

Alimlər qocalmayan bir kəpənək növü aşkar ediblər

18 Sentyabr 2026 - 10:32
Qəhvə ətri əhval-ruhiyyəni və beyin dalğalarını dəyişdirir

Qəhvə ətri əhval-ruhiyyəni və beyin dalğalarını dəyişdirir

18 Sentyabr 2026 - 10:24
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

18 Sentyabr 2026 - 10:11
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

18 Sentyabr 2026 - 09:53
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb

Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb

18 Sentyabr 2026 - 09:45
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

18 Sentyabr 2026 - 09:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.