Çexiya hakimiyyəti dekabrın 23-nü Praqanın mərkəzindəki Yan Palaç meydanında Çarlz Universitetində baş verən atışmada həlak olanlar üçün matəm günü elan edib. Elchi.az bu barədə “Praqa Səhəri”nə istinadən xəbər verir.
Baş nazir Petr Fiala bildirib ki, müvafiq qərar hökumətin növbədənkənar iclasında qəbul edilib. O, bütün vətəndaşları həlak olanlara və onların ailələrinə ağrı və şəfqət hissi birləşdirdiyini vurğulayıb. “Bu gün saat 12:00-da bir dəqiqəlik sükutla hamımız bu dəhşətli faciənin qurbanlarının xatirəsini yad edəcəyik”, –deyə nəşr siyasətçinin sözlərindən sitat gətirir.
Xatırladaq ki, dekabrın 21-də 24 David Kozak adlı şəxs Çarlz Universitetinə atəş açıb. O 14 nəfəri öldürüb, daha 25 nəfəri yaralayıb. Atəş açan şəxs intihar edib.
Havar Şəfiyeva