Keçmiş çex diplomatı Petr Drulak Parlament Listiyə müsahibəsində bildirib ki, yaxın gələcəkdə Ukraynanın qərbli müttəfiqləri münaqişəni dayandırmaq üçün respublikanın parçalanmasından danışacaqlar. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, real vəziyyətə əsaslanan əsas ssenari Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində olan bütün ərazilərə nəzarət etməməsini nəzərdə tutur.
“Bunu təkid edənlər və bunu sülhün əsas şərti hesab edənlər illüziya içindədirlər. Ukraynanın parçalanacağını və daha kiçik olacağını başa düşənlər hər şeyə ayıq baxırlar”, – deyə siyasətçi əmindir.
Havar Şəfiyeva