Çavuşoğlu: Rusiyanın taxıl və gübrə ixracına maneələr tam aradan qaldırılmayıb

55

“Rusiyanın taxıl və gübrə ixracına qarşı maneələr tam aradan qaldırılmayıb”.

Elchi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Çavuşoğlu BMT-nin Baş katibi Antoniu Quterreşin də Rusiyanın taxıl və gübrə ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün danışıqlar apardığını qeyd edib: “Rusiyanın taxıl və gübrə ixracına qarşı maneələr tam aradan qaldırılmayıb. Rusiyanın gözləntilərini qarşılamaq üçün hansı addımlar atılacaq, biz onları qiymətləndiririk, işləri koordinasiya edirik”.

Bu maneələrin aradan qaldırılması üçün İstanbulda yenidən müqavilə imzalanmasının zəruri olub-olmaması ilə bağlı sualı cavablandıran Türkiyə XİN başçısı buna ehtiyac olmadığını deyib: “İstanbul müqaviləsinin müddəti 4 aydır. Tərəflərin etirazı olmasa, müqavilənin müddəti uzadılacaq. Təkrar bir müqaviləyə ehtiyac yoxdur. Rusiya gübrəsinin ixracı əldə olunan razılaşmanın tərkib hissəsidir. Rusların bu tələblərin yerinə yetirilməməsi ilə bağlı bəzi narahatlıqları var. İndi diplomatiya bu tərəddüdləri aradan qaldırmağa çalışır”.